backend

Bakıda yol polisi ağır qəza törətdi - VİDEO

Bakıda yol polisi ağır qəza törətdi - VİDEO




















Yol polisinin əməkdaşı yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb

Bakıda ağır yol qəzası baş verib.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Dərnəgül yolunda, “Santral Elektrik” mağazasının qarşısında baş verib.

Qəza yol polisi əməkdaşının xidməti maşını və “Qazel”in iştirakı ilə baş verib.

Yol polisinin idarə etdiyi “99 YP 264” nömrəli BMW əvvəlcə səkiyə daha sonra isə “Qazel”ə çırpılıb.

Hadisədə yol polisi xəsarət alaraq, yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.