backend

Abşeron İcra Hakimiyyəti təkzib edir

Abşeron İcra Hakimiyyəti təkzib edir

















Abşeron rayon İcra Hakimiyyətindən cumhuriyyet.az.com-a təkzib yazısı daxil olub

Təkzibdə deyilir: “Saytınızda Abşeron rayon İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun istintaqa cəlb olunub dindirilməsi və guya ölkədən çıxarılmasına qadağa qoyulması ilə bağlı məlumatlar dərc olunub. İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorundan bildirilir ki, bu yazılanların heç biri həqiqətə uyğun deyil, böhtan və şərdir. Hal hazırda Saray bəldiyyəsinin sədri onun həyat yoldaşının qətli ilə bağlı istintaq işləri davam edir.
Qətli törətmiş Fədail Hüseynov həbs edilib. Hüquq – mühafizə orqanları araşdırma aparır. Cinayətkar öz layiqli cəzasını alacaq. Nəzərinizə çatdırırıq ki, ümumiyyətlə Zakir Fərəcovun Nərgiz adlı bacısı yoxdur, 2 bacısı var birinin 70 yaşı, o birisinin 59 yaşı var. İkisidə evdar qadınlardır, heç birinində sürücüsü yoxdur. Digər qohumlarının da Fədail Hüseynovla heç bir əlaqəsi olmayıb.
Elgiz Fərəcov adlı qohumu ümumiyyətlə rayon İcra Hakimiyyətində çalışmayıb.
Bir daha qeyd edirik ki, Zakir Fərəcov barədə yazılanlar həqiqətə uyğun deyil.
Bunları nəzərə alıb təkzib verilməsi xahiş olunur”.