backend

İnternetdə təhqirə görə cəza tətbiq ediləcək

İnternetdə təhqirə görə cəza tətbiq ediləcək
























İlk qurban artıq var

Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti internetdə təhqirə yol verən insanlar üçün sərt cəza təyin ediblər. Bu barədə The Daily Mirror bildirib.

qaynarxett.az Lenta.ru-ya istinadən xəbər verir ki, internetdə təhqir kiber cinayətlərlə eyniləşdirilir. BƏƏ vətəndaşlarına bunun üçün azadlıqdan məhrumetmə və 250 min dirhəm (67 min dollara yaxın) məbləğdə cərimə tətbiq edilə bilər, xarici vətəndaşlar isə ölkədən çıxarıla bilərlər.

Yeni qanunun ilk qurbanı Əmirliyin vətəndaşı olub, o, öz həmkarına WhatsApp vasitəsilə təhqiredici söz yazıb.

İlkin olaraq məhkəmə onu 780 dollar məbləğində cərimə edib, amma Abu-Dabidə Ali məhkəmə bu cəzanı çox yüngül hesab edib. İndi onun işi üzrə yenidən dinləmə təyin ediləcək.

2012-ci ilin iyun ayında “təhqiramiz, din və Krallığın rəhbərlərinə qarşı yolverilməz nitqlərə görə” səudiyyəli jurnalist və bloger Rauf Bədəvi həbs edilib. 2014-cü ilin may ayında ona 10 il müddətinə azadlıqdan məhrumetmə, cərimə və min şallaq vurulması cəzası verilib. 2015-ci ilin iyun ayının 7-də şallaq ilə cəza verilmənin iyun ayının 12-dən bərpa edilməsi barəsində qərar qəbul edilib.