backend

Türk jurnalistlər Suriyada atəşə tutuldu – VİDEO

Türk jurnalistlər Suriyada atəşə tutuldu – VİDEO
























Jurnalistlərdən biri yara alıb

Türkiyənin TRT televiziya kanalında yayımlanan “Yeni Rota” səyahət və xəbər proqramının Suriyadakı çəkilişlərində proqramının aparıcısı və operatoru və Hələbdə münaqişəni izləyən Anadolu Agentliyinin jurnalisti atəşə tutulublar.

qaynarxett.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, atışmada aparıcı Adem Özköse üzündən və ayağından yüngül yara alıb.

Özköse bildirib ki, Hələbə şəhərdə yaşananları çəkmək üçün gəlib.

Onun sözlərinə görə, Hələbdə yüz ilin faciələrindən biri yaşanır.

“İran və Livandan gətirilən iti nişançılar hərəkət edən hər şeyə atəş açırlar”, - o deyib.