backend

““İnter” bir az qanımızı qaraldıb” – Rövnəq Abdullayev

““İnter” bir az qanımızı qaraldıb” – Rövnəq Abdullayev




















“Çempionlar liqasının qrupuna düşsək, razi qalaram”.


“Qafqazinfo” Supersport.Az-a istinadən xəbər verir ki, Avroliqanın ikinci təsnifat mərhələsində keçirilən "Qəbələ" - "Çukariçki" oyununu canlı izləyən AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlama verib: “Çox maraqlı oyun alındı. "Qəbələ" əla oyun nümayiş etdirərək, adını növbəti mərhələyə yazdırdı. "İnter" bir az qanımızı qaraldıb, görək sonu necə olacaq" - deyə, qurum rəhbəri bildirib.

AFFA prezidenti, "Klublarımız Avrokuboklarda rekorda doğru gedir" fikri ilə razılaşmayıb: "Hansı rekordan söhbət gedir? "Qarabağ"ı da təbrik edirəm. Klublarımız daha çox çalışmalı və yüksək səviyyədə oynamalıdırlar. Rekord o zaman olar ki, Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz oynasın".