backend

Şahpələngova Şərqiyyə Saatlı mədəniyyətini uçuruma sürükləyir

Şahpələngova Şərqiyyə Saatlı mədəniyyətini uçuruma sürükləyir

Saatlı Mədəniyyət və Turizm Şöbəsində özbaşınalıq davam edir














Bölgələrdə fəaliyyət göstərən dövlət qurumlarının əksəriyyətinin ünvanına xoşagəlməz fikirlər səsləndirməkdədir. Redaksiyamıza daxil olan məlumatlara görə, bölgələrin çoxunda fəaliyyət göstərən qurumların əksəriyyəti rayon sakinlərinə sıxıntı yaşadır. Belə ki, bu rayonlar sırasında Saatlı rayonunu xüsusi olaraq qeyd etmək yerinə düşərdi. Bizə daxil olan məlumatlarda deyilir ki, rayon sakinləri Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətindən kəskin şəkildə narazıdırlar. Bu qurumun işində çoxsaylı neqativ hallar mövcuddur. Qurumun rəhbəri Şərqiyyə Şahpələngova işində bir sıra nöqsanlara yol verir. Ona görə də rayon camaatı bu şəxsin fəaliyyətindən yerdən göyə qədər narazıdırlar. Şərqiyyə xanım qurumu öz qaydalarına əsasən idarə edir. Bir sıra qanun pozuntusuna yol verir. Şahpələngova sözün əsl mənasında Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsində xotik vəziyyət yaradıb. Qurumda, eləcə də qurumun tabeliyində olan klublarda, musiqi məktəbində, kitabxanalarda öz yaxın adamlarını işlə təmin edir. İdarə rəhbəri ətrafına öz yaxın adamlarını yığaraq rayonda özbaşınalığa yol verir. Bundan başqa etibarlı mənbələrin verdiyi məlumata görə, Şərqiyyə Şahpələngova qurumun tərkibində olan klub, kitabxanaları başqa-başqa adamlara icarəyə verib. Həmin şəxslər də klub, kitabxanaları çayxana və kafe kimi işlədirlər. Buradan gələn gəlir isə idarə rəhbərinin cibinə gedir. Ona görə də rayonun mədəniyyət sahəsi geridə qalıb.

Bundan başqa dövlət büdcəsindən bu quruma ayrılan vəsaitlərin düzgün istiqamətə xərclənmədiyi deyilir. Hətta verilən məlumatlarda qeyd olunur ki, Şərqiyyə xanım Mədəniyyət və Turizm Şöbəsinin inventarında olan müəsisələrindən təyinatı üzrə istifadə etmir. Belə ki, Mədəniyyət bə Turizm şöbəsinin Saatlı 1 Mərkəzləşdirilmiş Kitabxana sistemi, 1 Uşaq kitabxanası, 54 kitabxana filialı, 13 klub, 14 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq muzeyi və 1 Mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Şöbə müdiri həmin mədəniyyət evlərinə müəyyən maraqları naminə öz yaxın adamlarının adlarını yazdırıb onlara düşən əməkhaqqlarını götürür. Sözügedən müəssisələrin fəaliyyətindən heç əsər-əlamət yoxdur. Bir-iki mədəniyyət klubu var ki, onların da fəaliyyəti heçə bərabərdir. Adıçəkilən müəssisələrin konstruksiyası bərbad vəziyyətdədir. Onların əsaslı təmirə ehtiyacı var.

Bundan başqa şöbə müdiri mədəniyyət evlərini texniki avadanlıqlarla da təmin etməyib. Rayondakı istirahət obyektlərindən gələn gəlirlərin hamısı Şahpələngovanın şəxsi mənafeyinə xidmət edir. Maraqlısı odur ki, bu şəxsə dur deyən yoxdur. Ona görə də şöbə müdiri ürəyi nə istəyir onu da edir. Onun bu əməllərinin qarşısı nə qədər ki, alınmayacaq, o vaxta qədər də Şahpələngova dövlətin büdcəsini viran qoyacaq və rayon sakinlərini narahat edəcək. Hesab edirik ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyilənləri nəzərə alacaq. Bu məsələylə bağlı ciddi ölçü götürəcək.

Bütün bunların baş verdiyi Saatlı rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri Şahpələngova Şərqiyyə xanımın fəailiyyətinin yoxlanılmasının vaxtının çatdığını düşünürük.

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.


P.S. Növbəti sayımızda Şərqiyyə xanımla qayını arasında olan narazılıqlardan bəhs edəcək yazı dərc olunacaq.