backend

Göyçay Dövlət İdarəetmə və Texnolojiya Kollecinin drektoru Kolleci bazara çevirib

Göyçay Dövlət İdarəetmə və Texnolojiya Kollecinin drektoru Kolleci bazara çevirib

Kollec drektoru üçün tələblər onun üçün bir gəlir mənbəyidir.










Məlumata görə, direktor kollecə daxil olmaq istəyən hər tələbədən imtahandan əvvəl bazara çevirdiyi otağında 2 min 3 min manat pul alır. Məlumatı redaksiyamıza verən mənbə onu da vurğulayıb ki, kollecdə semestr imtahanlarında hər tələbədən Xəlil Orucov 200 AZN qoparmasa gecələri yuxusunda cin-şeytan görər. Bu hələ harasıdır 13-15 fən hər semestr imtahan götürülür ki, kollecdəki tələbələrin sayını da diqqətə alsaq, o zaman Orucov kolleci özünün gəlir dəyirmanı hesab edir. Mənbənin verdiyi məlumatda oda qeyd edilir ki, Orucov kollecdə dövlət imtahanlarıda keçirir ki, bu imtahanlarda da hər tələbədən 200 AZN tərlədərək alır. 10 ildən çoxdur ki, Göyçay Dövlətİdarəetmə və Texnalogiya Kollecinə rəhbərlik edən Xəlil Orucov demək olar ki, kolleci özünün "Arı şanı” hesab edərək bal tutub-barmaq yalayır. Biz hələ kollecdə qiyabi oxuyan tələbələri demirik. Hər qiyabi tələbə il ərzində iki dəfə imtahana girdiyindən hər tələbə üçün bu imtahanlar nə az-nə çox düz 500 Azn-nə başa gəlir. Dərslərə gəlməyən tələbələr isə ayda 150- 200 Azn ödəyərək Xəlilovun "Humanizimindən” yararlanma kartına sahib olurlar. Məlumatlı mənbə onuda vurğulayıb ki, Xəlilov dərsə gəlməyən tələbələrin adların təqaüd alan rələbələr sırasına daxil etməklə də qaz vurur-qazan doldurur.Yəni bu tələbələr adına hazırlanan kartlarda toplanan pulları çəkərək keyfi-xürrəm yaşamağını davam etdirməkdədir. Yəni Xəlil Orucova "Dövlətin malın dəniz” hesab edəərk necə kəllə vurubsa bu dənizə nə zamansa tora düşəcəyini unudub.

Redaksiyadan: Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.