backend

Müəllimlər direktor Ofelya Babayevadan şikayətçi düşüblər

Müəllimlər direktor Ofelya Babayevadan şikayətçi düşüblər

Sumqayıt şəhərində fəaliyyət göstərən 11 saylı orta məktəbin direktoru Ofelya Babayevadan şikayət var.




Müraciət edən həmin məktəbin müəllim Arzu İsayeva iddia edir ki, direktor özbaşınalıqla məşğuldur.

Onun sözlərinə görə, 70 yaşlı direktor müəllim kollektivi ilə normal ünsiyyət qurmamaqla yanaşı, onlara qarşı kobud davranışları ilə seçilir. «Son keçirdiyi iclasda Xanım müəlliməyə qarşı alçaldıcı rəftarı bütün kollektivi hiddətləndirib. Pensiyaçı olmasına baxmayaraq, hələ də vəzifə başında qalan Ofelya Babayeva etika davranış qaydalarına zidd rəftarı müəllimlərdə təəcüb doğurur. Çoxları bunu Ofelya xanımın yaşının 70 olması, artıq əsəblərini cilovlaya bilməməsi ilə əlaqələndirsələr də, bunun bir adı var. Məmur özbaşınalığı».

Müraciət göndərən Arzu İsayeva daha sonra iddia edir ki, Ofelya Babayeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. «Məktəbdə dərs saatlarından tutmuş, siniflərin paylanmasına qədər hər şey rüşvətlə həll edilir. Təsəvvür edin, birinci sinfə qəbul üçün Ofelya Babayeva valideynlərdən 500 manat pul alır. Sumqayıtda o yaşda nə müəllim var, nə də məktəb direktoru. Hamısı pensiyadadır».

11 saylı məktəbin direktoru haqqında yazan şikayətçi müəllimə vurğulayır ki, bütün bayramlar öz yerində olmaqla, Ofelya Babayeva özünün ad günündə müəllimlərdən siyahı ilə 100 manatdan pul yığdırır. «Heydər Əliyev «Gülüstan» sarayında oğluna toy edərkən, gəlininə brilyant tac hədiyyə edən Ofelya Babayevanı təhsil şöbəsinin rəisi vəzifəsindən çıxararkən, onun özbaşınalıqlarına yaxşı bələd idi».

Arzu İsayeva Ofelya Babayeva ilə bağlı tədbir görülməsi üçün müvafiq dövləi qurumlarından yardım istəyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.