backend

Fərhad Qəribovu əvəz edən Nizami Qəribov 2010-cu il seçkilərinin əsas «qəhrəmanı» olaraq tanınır

Fərhad Qəribovu əvəz edən Nizami Qəribov 2010-cu il seçkilərinin əsas «qəhrəmanı» olaraq tanınır

Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində iştirak edəcək namizədlərini açıqladıqdan sonra 18-ə yaxın köhnə deputatlara yer verməyib.





Amma onların bəzilərini elə köhnələrin yaxınları ilə əvəz etməyə çalışıb.

57 saylı Kürdəmir Seçki Dairəsindən namizəd olmuş deputat Fərhad Qəribovun da adı yeni siyahıda yoxdur. YAP-ı bu seçikilərdə sözügedən dairədə Nizami Qəribov əvəz edəcək.

Nizami Qəribov kimdir? Sözügedən şəxs deputat Fərhad Qəribovun əmisi oğludur. Hətta bu şəxsin uzunmüddətdir bölgədə Qəribovlara vəkillik etdiyi, deputatın bütün işlərini həyata keçirdiyini də deyirlər.

Sonuncu, 2010-cu ildə keçirilən parlament seçkilərində isə Fərhad Qəribovun səs yığması üçün dəridən-qabıqdan çıxan Nizami Qəribov, bütün məntəqələrdə saxtakarlıqların əsas baiskarı kimi ad çıxarıbmış.