backend

Lənkəran səhiyyəsi reanimasiya şəraitindədir

Lənkəran səhiyyəsi reanimasiya şəraitindədir

Baş həkimlə ginekoloq üç ananı öldürüb? - Lənkəranda







Rayon Mərkəzi Xəstəxanası yerli sakinlərin ciddi narazılığına səbəb olub. Baş həkim Ağabala Kəlbiyevin fəaliyyəti səhiyyəni iflic edib. Mənbə vertikal.az-a iddia edir ki, ötən ilin oktyabrında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişən Astara rayon sakini Xoşqədəm Yədulla qızı Məmmədovanı Ağabala Kəlbiyev özü əməliyyat edib. Ginekoloq Mehparə Rufullayeva nəyinsə müqabilində bu işi öz üzərinə götürüb. Sonradan baş həkim müxtəlif dairələrdə Mehparə Rufullayevanı müdafiə edə bilib. Beləliklə də hər ikisi cəzasız qalıb. Xoşqədəm Yədulla qızı Məmmədovanın ölümündən az keçmədi ki, Mehparə Rufullayevanın səhvindən qeysəriyyə əməliyyatı zamanı Ramilə Şıxəliyeva, daha sonra isə Rahimə Şahəli qızı Nuriyeva dünyasını dəyişdi. Bütün bunlara görə məhz Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev məsuliyyət daşıyır.
Ölkə başçısının 27 noyabr 2013-cü il tarixdə imzaladığı fərmanda göstərilir ki, qeysəriyyə əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Lakin buna baxmayaraq, həmin hadisəyə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Əksinə həmin gündən sonra Ağabala Kəlbiyev Mehparə Rufullayevanın maraqlarına cavab verməyən digər ginekoloqları daim basqı altında saxlayır. Mövzunu diqqətdə saxlayacağıq.