Misir Mərdanovun, yoxsa Mikayıl Cabbarovun?

gundem 24-09-2015, 14:16
Misir Mərdanovun, yoxsa Mikayıl Cabbarovun?

























Rüşvətxorluqda qınanan direktor kimin kadrıdır

Bir neçə gün öncə Bakı şəhəri M.Şəhriyar adına 193 saylı tam orta məktəbin müəlliməsi məktəb direktorunu rüşvətxorluqda ittiham etmişdi.

Məktəbin müəllimi Almas Nuriyeva keçirdiyi mətbuat konfransında məktəbin direktoru Rəhim Hüseynovu rüşvətxorluqda ittiham edərək onu intihar həddinə çatdırdığını da vurğulamaqla Təhsil Nazirlyindən məsələyə müdaxilə etməsini xahiş etmişdi.


M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru R.Hüseynov isə təbii ki, A. Nuriyevanın iddiaları əsassız olduğunu iddia edərək özünü təmizə çıxarmğa çalışmışdı.

Bəlli olub ki, Rəhim Hüseynov əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri vəzifəsində işləyirmiş və yol verdiyi ciddi nöqsanlara görə qurumun sədri Məleykə Abbaszadənin əmriylə işdən kənarlaşdırılıb. Amma Rəhim Hüseynov qısa zamanda özünə daha münasib iş yeri tapmaqda da çətinlik çəkməyib. Belə ki, onun himayədarı olduğu iddia edilən Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin o vaxtkı təhsil naziri Misir Mərdanova təsir edərək eks şöbə müdirini məktəb direktoru kreslosunda əyləşdirməyə müvəffəq olub.

Maraqlıdır ki, direktoru rüşvətxorluqda ittiham edən müəllimə Təhsil Nazirliyinə müraciət edərək məsələyə müdaxilə etməyi xahiş etsə də hələlik nazirlik susmağa üstünlük verib. Amma hamını bir sual düşündürür, nazirlik kimi haqlı çıxaracaq, ondan kömək istəyən müəllimə Almas Nuriyevanımı, yoxsa TQDK-dan çıxarılsa da məktəb direktoru postuna təyinat almağı bacaran Rəhim Hüseynovumu?

Nazirliyin məsələyə rəsmi münasibət bildirəcəyini gözləyirik və alınan qərarlarla bağlı oxucularımızı məlumatlandırmağa çalışacağıq.
Oxunub: 666
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10