backend

Ağcabədidə DSK rəhbərliyi MSK-nın qərarına da məhəl qoymur

Ağcabədidə DSK rəhbərliyi MSK-nın qərarına da məhəl qoymur




















Ağcabədi seçki dairəsindən Müsavat Partiyasının namizədi Rəşid Nəcəfliyə imza verən seçicilər yerli icra strukturlarının total təzyiqi ilə üzləşiblər.

Bu haqda "Basta” əməkdaşı namizədin özündən məlumat alıb.

İcra başçısının və onun müavininin Muğanlı kəndinə gəldiyini bildirən Rəşid Nəcəfli qeyd edib ki, hakimiyyət onun namizədliyinin qeydə alınmaması üçün bütün qanunsuz tədbirlərə əl atır: "Muğanlı kəndindən 150 nəfər seçici mənim namizədliyimin irəli sürülməsi üçün imza verib. Bu gün icra başçısı, onun müavini kəndə gəliblər. İcra nümayəndəsinin bələdçiliyi ilə mənə imza verən seçiciləri dövlət çevrilişində ittiham ediblər. Təzyiq və hədələr o həddə çatıb ki, mənə imza verən bir neçə seçici sarılıq xəstəliyinə tutulub”.

Rəşid Nəcəfli həmçinin qeyd edib ki, namizədliyinin qeydə alınması üçün imza vərəqələrini və zəruri sənədləri DSK-ya təhvil verib. İmzaların yoxlanmasında iştirak etmək hüququndan istifadə etmək niyyətində olsa da, DSK onun bu barədə müraciətini qəbul etmək istəməyib. Bu səbəbdən Rəşid Hacılı Mərkəzi Seçki Komissiyasına şikayət edib. MSK onun şikayətinin təmin edilməsi barədə rəsmi qərar çıxarıb. Amma DSK hətta MSK-nın qərarına da məhəl qoymur.

Rəşid Nəcəfli sosial şəbəkədə paylaşdığı açıqlamada bu qanunsuzluqlarda deputat Tahir Rzayevin də əli olduğunu vurğulayıb. Qeyd edək ki, Tahir Rzayevin nə parlamentdə, nə də Ağcabədidə deputat kimi fəaliyyəti gözə dəyməsə də, o, 4-cü dəfə deputat seçilmək istəyir. Rəşid Nəcəfli deputatı qanunlar çərçivəsində mübarizəyə çağırıb.

"Qanunlara sayğısızlıq göstərənlərə demək istəyirəm ki, sizin bütün qanuna zidd hərəkətləriniz öz qiymətini alacaq... Tahir Rzayev "Muğanlı"əməliyyatından sonra bir az da cəsarətlənib və mənə hədə-qorxu gəlməyə başlayıb. Buyursun, Tahir Rzayev cənabları, mən geri çəkilmək fikrində deyiləm”, - Rəşid Nəcəfli vurğulayıb.