backend

Xaçmazda dəhşətli yanğın

Xaçmazda dəhşətli yanğın
























Xaçmazda dəhşətli yanğın

qaynarxett.az-nun bölgə müxbiri Xanlar Cəbrayılzadə xəbər verir ki, Xaçmazda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə Xaçmaz şəhərinin N.Nərimanov küçəsindəki 1 mərtəbəli barak tipli yaşayış evlərinin birində baş verib. Gecə saat 01:36-da başlayan yanqın ocağına FHN-nin Xaçmaz Dövlət Yanqından Mühafizə hissəsinin 1 yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürənlər hadisə yerindən 35 yaşlı Rövşən Seyidbala oğlu Şixaliyevin meyitini aşkar ediblər.

Onun 2 kvm döşəməsi yanmiş otaqda tüstüdən boğularaq öldüyü ehtimal edilir.Hadisə yerinə dərhal Xaçmaz polis söbəsinin və prokrorluğun əməkdaşlari da gəlib. Hazirda hadisənin baş vermə səbəbləri araşdirilir. Xaşmaz prokrurluğunda cinayyət işinin istintaqına başlanılıb.

Mərhum Rövşən Şıxəliyevin tam yanmamiş meyiti Məhkəmə Tibii Ekspertizası və Pataloju Anatomuya birliyinin Xaçmaz şöbəsinə aparlıb. Məhz tibbi ekspertizanın rəyindən və FHN-Xaçmaz regional mərkəzində və rayon prokrorluqunda aparılan araşdırmalardan sonra yanğının və insan ölümünün səbəbləri məlum olacaq.

Dünyasını dəyişən Rövşən Şıxəliyevin səfil həyat tərzi sürdüyü bildirilir və hadisə yerində aşkarlanan çox sayda boş içki qabları səbəbindən yanğın anında sərxoş olduğu güman olunur. Həmçinin onun yanaraq yox, tüstüdən boğularaq öldüyü də ehtimallar arasındadır.

FHN-nin Şimal regional mərkəzindən verilən məlumata görə ,yanqın baş vermiş otaq, Mədəniyyət və Turizim Nazirliyinin balansında olub.

Xaçmazda dəhşətli yanğın
Xaçmazda dəhşətli yanğın
Xaçmazda dəhşətli yanğın