Qaxda nə baş verir?

gundem 28-10-2015, 12:09
Qaxda nə baş verir?





















Milli Məclisin bitərəf deputatı Azər Kərimlinin 112 saylı Qax seçki dairəsindən deputatlığa namizədliyi ləğv olunub

Buna səbəb onun seçki qanunvericiliyinin tələblərini pozması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətdir.
Şikayətin araşdırılması nəticəsində məhkəmə qərarı ilə Azər Kərimlinin namizədliyi ləğv edilib. Azər Kərimlinin həmin dairədən qələbəsinin elan ediləcəyi gözlənilirdi.

Onun namizədliyinin ləğvindən sonra sözügedən dairədən kimin Milli Məclis üzvü seçiləcəyi maraq doğurur.

Qaxdakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Kərimlidən başqa 112 saylı seçki dairəsindən daha 5 namizəd var. “Azər Kərimlinin namizədliyi ləğv olunduqdan sonra buradan Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Babək Heydərovun mandat qazanacağı gözlənilir. O, Qax rayon təhsil şöbəsi müdirinin müavinidir. Digər namizədlərin şansı isə bir o qədər yüksək deyil. 9 saylı hüquq məsləhətxanasında vəkili Məhəmməd Qadaşlı və cəmiyyətdə sabiq deputat Gülər Əhmədovanıln köməkçisi kimi tanınan Əhməd Şahidov aktiv təbliğat kampaniyası aparırlar, ancaq onların qələbəsinə inam elə də çox deyil” deyə rayondakı qaynaqlarımız bildiriblər.
Oxunub: 640
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10