backend

Maliyyə Nazirliyinin müfəttişi İbad Aslanov Daşkəsən rayon Təhsil Şöbəsində yoxlama aparır

Maliyyə Nazirliyinin müfəttişi İbad Aslanov Daşkəsən rayon Təhsil Şöbəsində yoxlama aparır
Nazirlik əməkdaşı RTŞ-də yeyinti faktları aşkarlayıb

Vətəninfo.az yazıb ki, inventara ayrılmış pullar mənimsənilib. Məqalədə deyilir: “Bazarda notbukun birinin qiyməti 500 manat olduğu halda bu qiyməti 5 dəfə şişirdilərək 2500 manat, komputerin qiyməti 300 manat olduğu halda 1500 manat, voleybol topunun qiyməti 1 manat 50 qəpik olduğu halda 15 manat yazılıb və başqa saxtakarlıqlar edilib. Əlavə dərslər yazılaraq Təhsil Şöbəsinin müdiri tərəfindən dövlət büdcəsinə küllü miqdarda ziyan vurularaq pullar mənimsənilib.

“Ona görə bu rüşvətxorluğu, koorrupsiyanı ört basdır etmək üçün rayonun bütün müəllimləri 1 aylıq maaşlarını verməlidir. Ki, TŞ müdirini cinayət məsuliyyətinə cəlb etməsin. Verməyən işdən qovulacaq dərsləri kəsiləcək. Ona görə bütün müəllimlər qorxaraq 1 aylıq maaşlarını direktora veriblər .