backend

Sosial şəbəkələrdə profilinizə kimin baxdığını bilmək üçün müxtəlif tətbiqlər təklif olunur

Sosial şəbəkələrdə profilinizə kimin baxdığını bilmək üçün müxtəlif tətbiqlər təklif olunur
Milyonlarla insan bunları mobil telefonuna yükləyərək istifadəyə açır.

Son vaxtlarda daha da populyarlaşan instaqramdakı profilə kimin baxdığını göstərdiyini iddia edən belə bir proqramın isə ad və şifrələri tamamilə yad bir ünvana göndərdiyi məlum olub.

Bəs mütəxəssislər nə deyir?

``Kim sənin profilinə baxdı`` adlı tətbiqi mobil telefonuna yükləyənlərin sosial şəbəkələrdəki şəxsi məlumatları təhlükə altındadır. İnstaqramdakı profilə kimin baxdığını göstərdiyini iddia edən proqramın ad və şifrəni tamamilə yad bir ünvana göndərdiyi məlum olub.

Bundan başqa, proqram profil sahibinin xəbəri olmadan fotolar da paylaşa bilər. Yarım milyondan çox insanın yüklədiyi tətbiq artıq ``Apple`` və ``Google``un marketlərindən yığışdırılıb. Amma hələ də həmin tətbiqdən istifadə edənlər var.

Ən uğurlu iliniz, ən gözəl yaşınız, ən yaxşı dostunuz, sizə ən çox bənzəyən dostunuz və sair kimi bənzər tətbiqlər “Facebook” və “Twitter” üçün də var. Bunlar şəxsi məlumatların əldə edilməsinə razılıq əsasında işləyir. Bu isə təkcə istifadəçinin yox, eyni zamanda sosial şəbəkədəki dostların da məlumatlarını təhlükə altında qoyur.