backend

Azərbaycanda daha bir nazirin işdən çıxarılma xəbəri yayılıb

Azərbaycanda daha bir nazirin işdən çıxarılma xəbəri yayılıb
Məlumata görə, mətbuatda vergilər naziri Fazil Məmmədov işdən azad edilməsi ilə bağlı xəbərlər yayılıb.
İddiaya görə, prezident İlham Əliyev bu barədə sərəncamı G-20 (“böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb. Yayılan məlumatlarda qeyd edilir ki, F.Məmmədovun yerinə təyinat da olub. Bu vəzifə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə tapşırılıb.

Vergilər Nazirliyinin Analitik - informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədov verdiyi açıqlamada yayılan xəbərləri təkzib edib: "Yayılan xəbərlər şayiədir. Hal-hazırda nazir kabinetində, iş başındadır. Onun işdən azad olunması ilə bağlı məlumatlar düzgün deyil".

Qeyd edək ki, xəbəri istiqlal.az saytı yaymışdı.