backend

Nazirlər Kabinetindən mətbuata irad: “Baş nazirin soyadı “Rasi-zadə”dir”

Nazirlər Kabinetindən mətbuata irad: “Baş nazirin soyadı “Rasi-zadə”dir”
əəssüf doğuran hallardan biri də Azərbaycan mətbuatının ölkənin baş nazirinin soyadını düzgün yaza bilməməsi və illərdir ki, bu anlaşılmazlığa aydınlıq gətirilməməsidir.

Bir müddət öncə, “Yeni Müsavat” qəzetində dərc olunan “Baş nazirin soyad müəmması” yazısında da bu problem gündəmə gətirilmişdi və baş nazirin soyadının düzgün yazılış formasının necə olduğuna aydınlıq gətirilmişdi.

Bu gün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli musavat.com-a açıqlamasında mətbuatdan narazılıq edərək, baş nazirin soyadı məsələsində yanlışlığa yol verildiyini bildirib: “Biz bütün günü burada çalışırıq və bu məsələdə nazirliyin mövqeyini öyrənmək, dəqiqləşdirmək heç də çətin deyil. Baş nazirin soyadının necə olduğunu bilmək üçün sadəcə olaraq, Nazirlər Kabinetinin rəsmi saytına daxil olub, orada yer alan qərarlara baxmaq yetərlidir. Bu məsələdə bizim mövqeyimizin verilməməsi də məni narahat etdi. Bütün rəsmi sənədlərdə, Nazirlər Kabinetinin qərarlarında baş nazirin soyadı “Rasi-zadə” kimi yazılıb. Baş nazirin soyadı hər yerdə belə yazılmalıdır. “Rəsizadə” soyadını yazanlar səhv edir. Artur müəllimin şəxsiyyət vəsiqəsində soyadı “Rasi-zadə” yazılıb və mətbuatda da belə getməlidir”.