backend

Putin Türkiyədən mal idxalını məhdudlaşdırmaq haqda sərəncam verdi

Putin Türkiyədən mal idxalını məhdudlaşdırmaq haqda sərəncam verdi


Rusiya prezidenti Vladimir Putin Türkiyədən bəzi növ malların idxalını məhdudlaşdırmaq haqda sərəncam imzalayıb. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin yaydığı rəsmi açıqlamada bildirilir. Sənəd Rusiyaya müəyyən Türkiyə mallarının girişini yasaqlayır.

Qərara əsasən, qadağan ediləcək malların siyahısını Rusiya hökuməti müəyyən edəcək.
Lakin siyahıya şəxsi məqsəd üçün və Avrasiya İqtisadi Birliyinin icazə verdiyi həcmdə gətiriləcək mallar daxil deyil.