backend

Fəhlə 3-cü mərtəbədən yıxılaraq öldü

Fəhlə 3-cü mərtəbədən yıxılaraq öldü


Dünən axşam saatlarında Bakının Xətai rayonunda hazırda tikilən çoxmərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb.

O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb. Yaralı əməliyyat zamanı dünyasını dəyişib.