backend

Ukraynada Rusiya diversant qrupu tutuldu: 1 ölü

Ukraynada Rusiya diversant qrupu tutuldu: 1 ölü


Ukrayna Təhlükəsizlik Xidməti dünən Kiyevdə fəaliyyət göstərən diversiya kəşfiyyat qrupunu zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü Yelena Qitlyanskaya söyləyib. Onun sözlərinə görə, əməliyyat nəticəsində iki Rusiya və üç Ukrayna vətəndaşı həbs edilib. Diversiya kəşfiyyat qrupunun üzvlərindən biri əməliyyat zamanı Ukrayna “Alfa” xüsusi təyinatlı dəstəsinin bir üzvünü yaralayıb. Həmin şəxs sonradan xəstəxanada dünyasını dəyişib. Diversantların yaşadığı ünvanda isə müxtəlif partlayıcı qurğular, 4 kiloqram trotil, avtomat silahlar, 40-a yaxın qumbara və 2 min patron tapılıb.