backend

Ayaqları üşüdü, intihardan vaz keçdi

Ayaqları üşüdü, intihardan vaz keçdi

Türkiyənin Bursa şəhərində yük maşını müsadirə edilən şəxs etiraz olaraq intihara əl atıb.
QaynarZett.Info-ın verdiyi xəbərə görə, Öztürk adlı şəxs işıq dirəyinə çıxaraq canına qıymaq istəyib.

Xilasedicilər dərhal hadisə yerinə gəlib və elektriki kəsiblər. Öztürk bir saata qədər dirəniş göstərib, axırda üşüdüyünü deyərək aşağı düşmək istədiyini bildirib.

“Ayaqlarım üşüdü, məni aşağı endirin”, - deyən Öztürkə polislər kömək edib.