backend

İlhamə: “40 gündür xəstəxanadayam”

İlhamə: “40 gündür xəstəxanadayam”

Yavaş-yavaş özümə gəlirəm, səhhətim qaydasına düşür.

Bu sözləri xalq artisti İlhamə Quliyeva səhhəti haqda qaynarxett.az-ya danışarkən deyib. O, yaxın günlərdə xəstəxanadan çıxacağını bildirib:

“Artıq 40 gündür xəstəxanadayam, səhhətimdə problemlər var idi. İnanın, hələ indi özümə gələ bilirəm. Bildiyiniz kimi, qulluqçum - Mehriban Hüseynova məni zəhərləmişdi. Allaha min şükür, indi yaxşıyam. Həkimim Rəşad müəllim sağ olsun, böyük səylə mənim problemlərimə yanaşır. Deyilənə görə, 4-5 günə evə buraxılacağam”.