backend

Suriya ordusu Hələbdə ən böyük əməliyyatına başladı

 Suriya ordusu Hələbdə ən böyük əməliyyatına başladı


Suriya ordusu və müttəfiqlərinin Hələb şəhərinin şimalında Suriya krizinin yarandığı gündən bu yana ən genişmiqyaslı əməliyyata başladıqları bildirilib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya ordusu və müttəfiqləri bu əməliyyatla silahlı qrupların digər bölgələrlə olan əlaqələrini kəsməyi hədəfləyir.

Milli Təhlükəsizlik Güclərinin komandiri “Biz hazırda 7 cəbhədə terrorçu qruplara qarşı savaşırıq. Əməliyyatların miqyası daha da genişlənir” deyə bildirib və bu günə kimi keçirilən ən böyük əməliyyat olduğunu da qeyd edib.