backend

Mayk Tayson Trampı müdafiə edəcək

Mayk Tayson Trampı müdafiə edəcək

Amerikalı boksçu Mayk Tayson ABŞ prezidentiliyinə iddialı milyarder Donald Trampı dəstəkləmək niyyətini açıqlayıb. Musavat.com xəbər verir ki, məlumatı “The Daily Beast” yayıb.

“Mən ölkənin ən yoxsul daxmasından olan qaradəriliyəm. Həyatda çox şey görmüşəm. Amma mən onunla tanışam. Nə vaxt görüşsək əlimi sıxır, ailəmə olan hörmətini ifadə edir. Onlardan başqa heç biri - nə Barak, nə da başqası belə davranır”, - əfsanəvi boksçu bildirib.

Mayk Tayson onu da deyib ki, o, ən uğurlu və gözəl döyüşlərinin bir hissəsini Trampın otellərində keçirib.