backend

Orxan Səfərov Havanada Qran-pri mükafatçısı oldu

Azərbaycanlı cüdoçu bürünc medal qazanıb.
Orxan Səfərov Havanada Qran-pri mükafatçısı oldu
Kubanın paytaxtı Havanada 11 azərbaycanlı idmançının da iştirak etdiyi cüdo üzrə Qran-pri turniri keçirilir.

Oxu.Az xəbər verir ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) Azərbaycan yığmasına ilk medalı qazandırıb.

O, Avstriya, Monqolustan, Böyük Britaniyadan olan rəqiblərinə qalib gəlsə də, yarımfinalda braziliyalı cüdoçuya uduzub. 3-cü yer uğrunda döyüşdə özbək Şarafutdin Lutfillayevə qalib gələn Səfərov bürünc medal qazanıb.