backend

İŞİD-çilər Almaniyada

İŞİD terrorçuları miqrantlarla Almaniyaya daxil olublar.
İŞİD-çilər Almaniyada
Axar.az xəbər verir ki, bu sözləri Suriyadan olan süryani miqrantları “Raşn Tudey” telekanalına açıqlamasında deyiblər.

Bu faktı təsdiq edən Süryani Mədəniyyət Vəqfinin sədri Çarli Qanun isə bildirib ki, İŞİD üzvü olan bir şəxs Almaniyanın Frankfurt şəhərində yaşayır:

“Terrorçuların Almaniya kimi demokratik ölkələrdə yaşamasını görmək çox qorxuducudur. Bununla bağlı polisə şikayət etdik. Araşdırmaya başladılar. Lakin sonra bu adamın cinayət törədənə qədər gözləməli olduqlarını dedilər”.