backend

Elməddin: "Amaliya Pənahova məni..."

20-25 yaşımda tənqidə dözümüm yox idi.
Elməddin: "Amaliya Pənahova məni..."
Axar.az xəbər verir ki, bu sözleri aktyor Elməddin Cəfərov "Qonaq gəl bizə" verilişində sənət aləmində yaşadığı çətinliklər haqda danışarkən deyib. O, çox böyük tənqidlərlə qarşılaşdığını bildirib:

"Biz bu işə başlayanda çox adam, başda xalq artisti Amaliya Penahova olmaqla, bizi tənqid etməyə başladı. Mədəniyyət və İncəsənət Universitetini bitirmədiyim üçün çox tənqid eşitdim. O zamanlar buna çox gıcıq olurdum. Sonra fikir verməməyə başladım. Özümü təsdiq etdim və məni o zamanlar tənqid edənlərdən biri olan xalq artisti Rafael Dadaşov belə məni bəyəndiyini etiraf etdi. Yaşar Nuri, Firəngiz Mütəllibova, Fatma Mahmudova kimi böyük sənətkarlar mənim çəkdiyim serialda çəkildilər".