backend

Bu xəstəlikdən cəmi 100 nəfərdə var

Bu xəstəlikdən cəmi 100 nəfərdə var


Ölümcül “insomnia” adlı xəstəliyinin nadir simptomları var. Bu mərəzə tutulanların bədəni gecə yuxusuna hazırlana bilmir və xəstəlikdən əziyyət çəkənlər yuxusuz qalırlar.

Bu, hər gecə təkrarlandığından, insanları ölümə apara bilir. Dünyada yalnız 100 nəfərin bu xəstəliyə tutulduğu insanlar bir neçə aydan çox yaşaya bilmirlər. Xəstəlik bir neçə ay davam edərsə və müalicəsi mümkün olmazsa, beyinə zərər verir. Xəstələrdə tərləmə, titrəmə, yerimədə çətinlik, arıqlama, yaddaşsızlıq və bunlara bənzər bir çox hallar özünü göstərir.
Adətən orta yaşlarda başlayan xəstəlik 7 ay - 3 il ərzində insanı öldürür. Bu günədək bu xəstəliyə tutulan ən gənc xəstə 16 yaşını həyatını itirib. Adı açıqlanmayan xəstə hər şeyi cüt gördüyünü, yeriyə bilmədiyini və immunitetinin zəiflədiyini deyirdi. İtaliyan alimlər ötən il bu xəstəliyi müalicə etmək üçün antibiotik hazırlamağa başlayıblar.