backend

5 aylıq qızı ilə buğanın önündə - Video

İspaniyalı matador Fransisko Rivera Ordonezin 5 aylıq qızı ilə birgə buğanın yanında çəkilən fotosu görənlərin heyrətinə səbəb olub.
5 aylıq qızı ilə buğanın önündə - Video
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, matador Fransisko Rivera Ordonezin İnstaqram hesabında paylaşdığı bu foto etirazlar doğurub. Ordonez foto haqda bunları deyib:

“Karmenin səhnəyə ilk çıxışıdır. Bizim ailəmizdə buğa döyüşünün 5-ci dövrüdür. Babam atamla, atam mənlə, mən də qızlarım Kaytana və Karmen ilə buğa yarışına çıxıram”.

Onun körpəsi ilə etdiyi bu hərəkət sosial mediada birmənalı qarşılanmayıb. Əndəlüs Uşaq Agentliyi Ordonezin fotosu ilə bağlı araşdırma başladacağını bildirib.