backend

Bakıda səfilin boğazını kəsdilər - Şübhəli qadındır

Bu gecə Bakıda qanlı cinayət törədilib. Musavat.com-un məlumatına görə, paytaxtın Xətai rayonu ərazisində, Turşu küçəsində Fətəliyev Hökməli Ağəli oğlu naməlum şəraitdə boğaz nahiyyəsindən bıçaq xəsarəti alıb.
Bakıda səfilin boğazını kəsdilər - Şübhəli qadındır
Yaralı yoldan keçən şəxslər tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Boğazı kəsilən Hökməli Fətəliyev dərhal əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.

Xətai Rayon Polis İdaərsindən verilən məlumata görə, Hökməli Fətəliyev tüfeyli həyat sürüb və yaşayış yeri yoxdur. İlkin məlumata görə, ona bıçaq xəsarətini yaxınlıqda kirayədə yaşayan 40 yaşlı qadın yetirib. Qadının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.