backend

"Allah hər kəsi İlhamə Quliyevanın şərindən qorusun" Aygün Kazımova od püskürdü

"Allah hər kəsi İlhamə Quliyevanın şərindən qorusun" Aygün Kazımova od püskürdü
Xalq artisti İlhamə Quliyevanın Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş köməkçisinin ona qarşı irəli sürdüyü ittihamlara xalq artisti Aygün Kazımova münasibət bildirib.

Aktual.az bildirir ki, bu haqda sosial şəbəkədə yazan A.Kazımova İlhamə Quliyeva tərəfindən özünün də şərləndiyini bildirib:

"Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun! Dəfələrlə məni də şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür, haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan tanıyır".