backend

Paytaxtda hərbi qüvvələrin qərargahına silahlı hücum olub

Paytaxtda hərbi qüvvələrin qərargahına silahlı hücum olub

Malinin paytaxtı Bamakoda Avropa İttifaqının hərbi qüvvələrinin qərargahı kimi istifadə edilən mehmanxanada dörd silahlı şəxs hücum həyata keçirib

Mehmanxananın mühafizəçisi atışma zamanı hücumçulardan birini öldürüb.

Avropa İttifaqı bir qədər sonra Tvitter hesabında hadisə barədə bölüşdüyü bəyanatda bildirib ki, hücum zamanı heç kim yaralanmayıb və hərbçilər əraziyə nəzarət edir.

Hücuma görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb. Hücum Malinin paytaxtında İslamçı Məqribin Əl-Qaidə yaraqlılarının Radisson Blu mehmanxanasına hücumundan dörd ay sonraya təsadüf edir.

O zaman hücumda 20 nəfər həlak olmuşdu.

Eyni qrup bu ayın əvvəli Fil Dişi Sahilinin istirahət şəhərində çimərliyə hücum edib. Hücum zamanı 19 nəfər ölüb