Müdafiə Nazirliyi: ermənilər Naxçıvandakı mövqelərimizi də atəşə tutdular

Bolge 7-04-2016, 03:14
Müdafiə Nazirliyi: ermənilər Naxçıvandakı mövqelərimizi də atəşə tutdular
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org-a verilən məlumata görə, aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.

"Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır", - nazirliyin məlumatında bildirilir.
Oxunub: 975
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10