backend

" Biz toplantı iştirakçıları bir daha torpaqlarımızın azad olamağını istəyirik

" Biz toplantı iştirakçıları bir daha torpaqlarımızın azad olamağını istəyirik

Almaniyada yaşayan soydaşımız Azər Qədirov qaynarxett.az-nun elektron poctuna yazır:
...Salam hörmətli Ədalət bəy
Bu gün mənim təşəbüsümlə Almaniyada yaşayan bir qurup insanlarla ( 36 nəfər ) Azərbaycanda baş verən prosseslərlə bağlı toplantı keçirdik. Müzakirələr apardıq və önəmli qərarlar qəbul elədik.
Mövzular : 1 ) Qarabağ 2) iqtisadi və siyasi vəziyyər
1) Qarabağ mövzusu Haqda
Biz azərilər 1-ci toplantıya başlamazdan qabaq Azərbaycan Dövlət Himni səsləndirildi və sonra Qarabağda şəhid olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqə sukutla yad edildi.
Sonra müzakirələrə başladıq. İlk çıxışı mən özüm etdim. Biz Azərilər AXCP Lideri Əli bəyin dediyi fikirlə tam razı olduğumuzu bildirdik. Yəni torpaqlarımızı qaytarmaq üçün bu bizim əlimizə düşən ən sərfəli fürsət idi. Çox təəsüf ki,YAP hakimiyyəti bundan istifadə edə bilmədi. Biz bu 3 günlük müharibəni YAP,ERMƏNİ və RUS oyunu kimi qəbul etdik. YAP hakimiyyəti bir neçə təpə qaytarmaqla Azərbaycan xalqının başının altına yastıq qoyaraq itirmiş imicini azda olsa qaytarmaq kimi qəbul edirik. Bu bir danışılmış oyun idi. YAP hakimiyyəti öz mənafeyinə görə 3 gün ərzində vətənimizin 29 igidini qurban verdi. YAP hakimiyyəti hiyləgərdir. YAP hakimiyyəti öz oyununa görə həmvətənlilərimizi qurban verdi və bu bir şou idi. Bizə şou yox bütöv Azərbaycan lazımdır.
2) iqtisadi və siyasi mövzular
Azərbaycanda hər gün iqtisadiyyatımız və insanlarımızın sosial rifahı sürətlə geri gedir. Hakimiyyət böhrandan çıxmaq üçün nə kansepsiyası var nə də hər hansı adımlları atır. Hələ də siyasi məhbuslar var və siyasi həbslər,təqiblər davam edir. Azərbaycanda köklü və məqsədyönlü islahatlar aparılmalıdır.

3) Qəbul olmuş qərarlar.
a) Biz toplantı iştirakçıları bir daha torpaqlarımızın azad olamağını istəyir və hökümətdən tələb edirik.
b) Siyasi məhbusların azad olunmasını,təqiblərə,həbslərə,işgəncələrə,talana və yalana son qoyulamasını tələb edirik
C ) Biz AXCP-ni və Lideri Əli Kərimlini dəstəkləyirik və ona sadiqliyimizi bildiririk
D) Biz Almaniyada yaşayanlar hər zaman vətənimizə həm mənəvi həm siyasi həm də maddi dəstəyimizi göstərməyə hazırıq
Təşəkkür edirik Hörmətli Ədalət bəy və yayımlamağınızı xahiş edirik
Hörmətlə Azər Qədirov