backend

Jurnalist xanımı zorlayan DYP rəisi özünü niyə asmadı? - Həyatı rüşvətlə yoğrulan şöbə rəisinin həyatındakı GİZLİNLƏR

Jurnalist xanımı zorlayan DYP rəisi özünü niyə asmadı? - Həyatı rüşvətlə yoğrulan şöbə rəisinin həyatındakı GİZLİNLƏR
Masallıdan xəbər var: oğurluq edən polis qovuldu, lakin Afət Mirzəyev məsuliyyətdən yayındı

“Polis əməkdaşları yalnız və yalnız qanun çərçivəsində fəaliyyət göstərməlidirlər, qanunun aliliyini daim rəhbər tutmalıdırlar. Polis əməkdaşları Vətəninə, torpağına hədsiz sədaqətli və istənilən vaxt öz vəzifəsini yerinə yetirərək həyatını belə qurban verməyə hazır olmalıdır”- Heydər Əliyev

Bəli, doğrudanda polis əməkdaşları qanun çərçivəsində hərəkət etməlidir. Azərbaycan polisi ölkənin əminamanlığı və təhlükəsizliyi üçün əlindən gələni edir və bundan sonrada etməlidir. Təbii ki, Daxili İşlər Naziri cənab Ramil Usubov üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir və polis orqanlarında çalışan hər bir asayış keşikçisinə lazımı göstərişlərini verir.

Məlum məsələdir ki, ölkədə baş verən kiriminal hadisələrin qarşısı polislərimiz tərəfindən dərhal alınır, cinayətkarlar məsuliyyətə cəlb edilir. Əlbətdə ki, polis əməkdaşlarının ayıq-sayıq, şərəflə xidmətləri qeyd etməmək ən böyük qəbahətdir. Bəzən elə hallar olur ki, polislərimiz özləri bilərəkdən və yaxud bilməyərəkdən vəzifə səlahiyyətlərindən sui istifadə edir. Masallı Rayon Polis İdarəsində baş verən xoşagəlməz faktor dediklərimizi bir daha isbatlayır.

BakuNews.az bildirir ki, dosye.org-da yayımlanan “Masallıda polis idarədən oğurluq etdi: Afət Mirzəyevin adı yenidən qalmaqalda” başlıqlı məqalədə göstərilmişdir ki, polisə yaraşmayan hadisə ən azından qınaq obiyektinə çevrilib. Bir daha nəzərinizə çatdıraq ki, məqalədə adı hallanan polis serjantı Xaləddin Əsədullayev oğurladığı kompiyutorlara polis idarəsində çalışan yerli DYP-nin rəisi Afət Mirzəyev və Mamed Həbibov “müştəri” çıxıb.

Bəribaşdan deyək ki, 1000 (min) manat dəyərində olan kompiyutorlar 80-90 manat aralığında satılmağla dövlət əmlakını mənimsəmə maddəsi ilə cinayət işi açılmalı idi. Lakin Masallı Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov Xaləddin Əsədullayevi polis orqanlarından xariç etməklə kifayətləndi. Əslində bir qurup şəxs tərəfindən törədilən cinayət nəzərdə tutulan qanunla cinayət işi açılmalı, DYP-nin rəisi Afət Mirzəyev və Mamed Həbibov polis orqanlarından xaric edilməklə cinayət məsüliyyətinə cəlb edilməli idi.

Məsələ ilə bağlı apardığımız araşdırmalar daha bir neçə polis əməkdaşlarının adı yuxarıda qeyd etdiyimiz oğurluq cinayətində hallanır. Belə ki, mənbəmizin verdiyi məlumata görə Afət Mirzəyev məsuliyyəti üzərindən atmaq üçün “Kompiyutorları tək mən almamışam ki?” deməklə digər polislərin adlarını hallandırıb. Onun dediyinə görə, mustəntiq Anar Xəlilov , əməliyyatçı Kamilli Xəyal, təhqiqatçı Tahir Fərzəliyev, Xaləddin Əsədullayevin “müştəriləri” olub. Adları hallanan polis əməkdaşlarının adlarının qalmaqalda olub-olmadığı araşdırmalarımızdan sonra bəlli olacaq.

Əldə etdiyimiz son məlumatlara görə Afət Mirzəyev bütün vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışır. Xatırladaq ki, bir müddət öncə rayonda YPX-nin əməkdaşı (adı şərtdir) Afət Mirzəyevin “tələbindən” imtina etdiyinə görə digər rayona yola salınıb. Buna səbəb Afət Mirzəyevin YPX-nin əməkdaşlarının üzərlərinə qoyduğu hesab göstərilir. Məlumatda daha sonra bildirilir ki, Afət Mirzəyev Masallı Rayon Polis İdarəsinin rəisi Nəriman İmanovun adından istifadə edərək hər bir YPX-nin əməkdaşına 100-200 manat aralığında pul istəyib.

Hətda yığılan pulların rəisə verəcəyini də çəkinmədən söyləyib. Sonradan məlum olub ki, Afət Mirzəyev çirkin əməllərini bu yolla həyata keçirir. Dərhal polis rəisi Nəriman İmanov DYP-nin rəisi Afət Mirzəyevi xidməti otağına dəvət edərək ona sonuncu xəbərdarlığını edib. Görünür, “xəbərdarlıqlar” A. Mirzəyev üçün bir o qədər önəm kəsb etmir. Elə bu səbəbdən dövlət əmlakını mənimsəyən polis əməkdaşından kompiyutor almaqla bilə-bilə cinayətə yol verib. Maraqlısı isə cinayət işinin açılmamasıdır...

Jurnalist xanımı zorlayan DYP rəisi özünü niyə asmadı?

Afət Mirzəyevin əməlləri bununla bitmir. Ötən yazılarımızda xəbər vermişdik ki, A. Mirzəyev Sevinc adlı jurnalist xanımı rayona dəvət edərək böyük biabırçı bir obraz yaratmışdır. Məsələ ilə bağlı ölkə mediasının tənqidinə tuş gələn rəis hətda özünə “qəsd” etmək üçün yollar arayırmış. Etik normaları nəzərə alıb Afət- Sevinc cütlüyünün bəzi “maraqlı” detallarına toxunmuruq.

Amma bir faktı nəzərinizə çatdıraq ki, qadın tamahkarı və bu kimi iyrənc əməllərin sahibi polis orqanlatrında çalışa bilməz. Afət Mirzəyevin keçmişinə nəzər saldıqda görərik ki, Azərbaycan polisinə yaraşmayanın birisi asayişimizi qoruyur. Gəncədən Masallıya “transfer” olunan Afət Mirzəyevin qalmaqallı söz-söhbəti Gəncə də bu gündə nifrətlə qarşılanır. Xoşbəxt bir ailəni çirkin əməlləri ilə tarimar edən Afət Mirzəyev dövlətimizin qanunları qarşısında və nəhayət Allah qarşısında cavab verə bilməyəcək. Kimliyindən aslı olmayaraq istənilən şəxs qanun qarşısında bərabər hüquqludur.
Redaksiyadan: İnanırıq ki, Daxili İşlər Naziri cənab Ramil Usubov Masallı rayon polis idarəsində baş verən ciddi qanun pozuntusunu nəzarətə götürəcək.

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


qaynarxett.az

Jurnalist xanımı zorlayan DYP rəisi özünü niyə asmadı? - Həyatı rüşvətlə yoğrulan şöbə rəisinin həyatındakı GİZLİNLƏR