backend

Ərdoğanın Rusiya haqda dedikləri doğru çıxdı

Ərdoğanın Rusiya haqda dedikləri doğru çıxdı
Bu gün Rusiyanın Stavropol vilayətindəki Daxili İşlər Nazirliyinin nümayəndəliyinin binasında üç kamikadze özünü partlatması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini gündəmə gətirib

Politika.Az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın 15 gün öncə Yozqat şəhərindəki çıxışında PYD-nin (PKK-nın Suriya qanadı) Rusiyaya hücum edə biləcəyi barədə xəbərdarlıq etmişdi:

“Belçikada terror törədiləcəyi barədə xəbərdarlıq etmişdik. Nəticə göz qabağındadır. İndi isə PYD-yə dəstək verən ölkələrə səslənirəm. Bunlar mənfəətləri naminə hər şeyi edərlər. Buradan Rusiyaya səslənirəm. Düşünürlər ki, PYD-yə Moskvada nümayəndəlik açdıq, bizə heç nə etməzlər. Aldanırlar. Onlar Rusiyada da terror törədə bilərlər”.

Qeyd edək ki, Ərdoğan martın 18-də Çanaqqala zəfərinin ildönümündə Belçikaya terror xəbərdarlığı etmiş, lakin rəsmi Brüssel buna ciddi yanaşmamışdı. Martın 22-də isə İŞİD Brüssel hava limanında və metrostansiyasında silsilə terror aktları törətmişdi