backend

Tanınmış vəkil hakimiyyəti "topa tutdu"

Tanınmış vəkil hakimiyyəti "topa tutdu"
"Bu gün həmin idmançılar özlərini hər yerdə gözə soxur, Vətən darda olanda isə yoxa çıxırlar"

qaynarxett.az xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov öz facebook səhifəsində hakimiyyəti sərt tənqid edən status paylaşmışdır. Həmin statsusun oxucular üçün maraqlı olacağını nəzərə alıb olduğu kimi təqdim edirik:

"4 günlük müharibənin dərsləri ilə bağlı bir neçə qısa status yazmaq fikrim var. Birinci onunla başlamaq istəyirəm ki, bu günlərdə Azərbaycan Xalqının bütün təbəqələrinin səsi eşidildi. Hamı bu müharibədə Ordumuza bacardığı dəstəyi verdi. Bu ölkədə bütün imtiyazlardan yararlanan, xüsusi bir kastaya (təbəqəyə) çevrilmiş idman federasiyalarının səslərini isə ən azından mən eşitmədim. Bu hadisələr, əvvəllər dəfələrlə yazdığım, fikirləri bir daha sübut etdi.

Cürbəcür idman federasiyaları adı altında fəaliyyət göstərən, sözə gələndə guruldayan bu qruplarının əsas vəzifələri oliqarx-məmurların yanında şapalaq vurmaqdır. Məhz bu idmançıların iştirakı ilə dəfələrlə törədilən ağır cinayətlər himayədarlarının müdaxiləsi ilə ört-basdır edilib. Bu gün həmin idmançılar özlərini hər yerdə gözə soxur, Vətən darda olanda isə yoxa çıxırlar.

P.S. Bilməyənlərin nəzərinə: bu günkü hakimiyyət şəhid olanın ailəsinə birdəfəlik 11 min manat, çempion olana birdəfəlik 400 min manat verir və şəhidin ailəsindən fərqli olaraq idmançıları ömrünün axırına qədər bəs edəcək var dövlət toplamaq üçün iş yeri, yaxud bizneslə təmin edir".

Aslan İsmayılov, tanınmış hüquqşunas