backend

Bakı metrosunda növbəti həyəcan - Nə baş verib?

Bakı metrosunda növbəti həyəcan - Nə baş verib?
Axşam saatlarında Bakı Metropoliteninin stansiyalarından birində problem yaranıb

"Gənclik" stansiyasından "Nəriman Nərimanov"a gedən yolda qatar tuneldə qalıb.

Vaqonda olan sərnişinlərdən birinin verdiyi məlumata görə, qatar 5 dəqiqəyə yaxın tuneldə qalıb. Sərnişinlər bunun texniki nasazlıqla bağlı olduğunu, həmçinin yaranan problemin böyük sərnişin sıxlığına səbəb olduğunu qeyd ediblər.

Baş verən hadisə ilə bağlı Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sayta açıqlama verib.

Onun sözlərinə görə, xətdə "Nəriman Nərimanov" stansitasından depoya gedən qatar olduğu üçün "Gənclik" - "Nərimanov" stansiyasında bir qədər dayanmaya səbəb olub.

"Orada problemli bir şey olmayıb. Sadəcə qabaqda qatar depoya girib, ona gorə bir az ləngiyiblər. Axşam saatlarında qatarların depoya gedib-gəlmə vaxtıdır. Nərimanov elektrik deposuna qatarlar "Nərimanov" stansiyasından getdiyindən kiçik dayanma olub. Hər şey qaydasındadır. Metro öz qrafiki ilə işinə davam edir", - deyə Nəsimi Paşayev bildirib.