backend

Eldar Mahmudov Mustafa Tayatı necə təhdid edib?

Eldar Mahmudov Mustafa Tayatı necə təhdid edib?Milli təhlükəsizlik naziri olduğu dönəmlərdə ayri-ayri iş adamlarının varidatına göz dikən Eldar Mahmudov və onun dəstəsi həm də yüksək vəzifəli məmurlara qarşı da savaş açmışdı

Belə ki, əlində olan inzibati resurslar hesabına ayrı-ayrı məmurları haqqa otuzduran MTN rəhbərliyi gücü çatmadığı adamları isə ölkə başçısından gözündən salmaqla təhdid edirmiş. Eldar Mahmudovun birbaşa üstünə gedə bilmədiyi amma gizlin şəkildə mübarizə apardığı adamlardan biri də Prezidentin Şəxsi Təhlükəsizlik Xidmətinin rəisi general polkovnik Bəylər Eyyubov olub.

Bəylər Eyyubovun yaxınları ilə bağlı mediaya sızdırılan qalmaqallı xəbərlər də məhz MTN tərəfindən ortaya atılırmış. Həmçinin, ayrı-ayrı şəxsləri təhdid etdirən Eldar Mahmudov prezidentə kütləvi şikayətlər təşkil etdirirmiş ki, orada da generalın özü hədəfə gəlirmiş. Bununla da MTN rəhbəri ölkə başçısı ilə Bəylər Əyyubov arasında etimadsızlıq mühiti yaratmağa nail olmaq istəyirmiş.
Eldar Mahmudov Mustafa Tayatı necə təhdid edib?
Eldar Mahmudovun oğlu Anar Mahmudov iş adamlarından birinə külli miqdarda borcu olur. Həmin iş adamı nazir oğlundan pulunu ala bilmədiyinə görə, Bəylər Əyyubovun yaxın qohumlarından olan Məhəmməd İsmayılova müraciət edərək, köməklik istəyir. Öz növbəsində isə Məhəmməd İsmayılov nazir oğlunun biznesini idarə edən Beytulla Hüseynova zəng edərək, Anar Mahmudovun vətəndaşa olan borcunu qaytarmasını xahiş edir. Beytulla Hüseynova telefon zəngindən bir həftə sonra Məhəmməd İsmayılov MTN-nin maskalılarının hücumuna məruz qalaraq, həbs olunur. Həbs olunan zaman elə avtomobildəcə onun belində kəmərinin altına “Makarov” tapançası qoyulur.

Bundan başqa MTN Məhəmməd İsmayılovun biznes şəriki olan məhşur türkiyəli iş adamı Mustafa Tayatı onun üzünə qoyur. Belə ki, Mustafa Tayatı Bakıda şəxsi həyatı ilə təhid edən MTN rəhbərliyi onun intim görüntülərini ictimailəşdirəcəyi, habelə özünün həbs olunacağı hədəsi ilə Məhəmməd İsmayılovun üzünə qoyur. Bununla da Məhəmməd İsmayılova CM-nin 228-ci “Qanunsuz silah saxlama” maddəsi ilə yanaşı, həm də 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunur. İkinci ittihamda Mustafa Tayat Məhəmməd İsmayılovun guya ondan hədə-qorxu ilə pul tələb etdiyini yazır. Halbuki, Mustafa Tayatla Məhəmməd İsmayılov arasında birgə iş birliyi varmış. Həmçinin, MTN Mustafa Tayatı məcbur edərək, işə heç bir aidiyyatı olmayan Bəylər Əyyubovdan Prezidentə sahibkar kimi “şikayət edir”.

Saxta-qurama ittihamlarla aylarla MTN-da saxlanılan Məhəmməd İsmayılovun da cinayət işi Eldar Mahmudov tərəfindən məhkəmə sisteminə yeridilmiş, (MTN-nin sabiq müstəntiqidir-red) hakim Novruz Kərimovun icraatına verilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il günahsız yerə həbsxanada yatan Məhəmməd İsmayılov bu yaxınlarda azadlığa qovuşa bilib.

Məsələ ilə bağlı Mustafa Tayatın mövqeyini öyrənməyə cəhd etsək bu cəhdlərimiz baş tutmadı. İş adamının ofislərində və mağazalarında onun harada olması barədə məlumatsız olduqlarını dedilər.

Mövzuya qayıdacağıq.(gununsesi.info)
qaynarxett.az