backend

“İstanbul terrorunun arxasında ermənilər ” – ŞOK AÇIQLAMA

“İstanbul terrorunun arxasında ermənilər ” – ŞOK AÇIQLAMA
“İstanbul terrorunun arxasında ASALA terrorçularının olması mümkündür. Türkiyə hökuməti bunu ciddi araşdırmalıdır”.

Bu sözləri Publika.az-a eksklüziv açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədr müavini Onur Öymən bildirib.

Onur Öymən deyib ki, ASALA terror təşkilatı törətdiyi bütün cinayətlərdə bir sıra xristian dövlətlərinin dəstəyini alır: “Vaxtilə türk diplomatlarını qətlə yetirən ASALA erməni terror təşkilatı bu gün Ermənistan tərəfindən açıq-aşkar himayə olunur. Hazırda Ermənistanda ASALA-nın şərəfinə anım abidəsi mövcuddur. Terror təşkilatını və terrorçunu necə anmaq olar? Bütün bunları dünya görmürmü? Əgər Türkiyə və Azərbaycan bunu etsəydi, ermənilər dünyanı ayağa qaldırardı. Ermənistan dünyanın gözü qarşısında terroru dəstəklədiyini bəyan edir. Ancaq buna etiraz edən yoxdur. Bunları dünyaya anlatmaq lazımdır”.
“İstanbul terrorunun arxasında ermənilər ” – ŞOK AÇIQLAMA

Türk diplomat dünya ölkələrini terrorla birgə mübarizə aparmağa çağırıb:
“Bizim əsas istəyimiz odur ki, dünya dövlətləri terrorla birgə mübarizə aparsın. Yəni, “sənin terrorundur” ayrı-seçkiliyi edilməsin. Əgər dünya ölkələri bu cür mübarizə aparsa, terrorla mübarizədə daha effekti irəliləyişlər əldə olunar. Əks təqdirdə isə bəzi dövlətlər terrora dəstək verdiyi təqdirdə, bu cür hadisələr təkrarlanacaq. İstər PKK, istər İŞİD, istərsə də erməni terroru olsun, dünya ölkələri bu terrorçuların hər birinə qarşı ortaq mübarizə aparmalıdır. Çox təəssüf ki, bu gün dünyada terrora münasibət birmənalı deyil. Digər tərəfdən isə bu gün dünyanın aparıcı terror təşkilatı olan İŞİD bəzi dövlətlər üçün yetərincə təhlükəli hesab edilmir. Misal üçün, İsrail dövləti İranın onlar üçün İŞİD-dən daha təhlükəli olduğunu bəyan edir.
Bəzi Qərb dövlətləri isə PKK-nı himayə edərək, terrorçu təşkilat kimi tanımırlar. Bütün bunlar olan təqdirdə dünyada terrorun kökü kəsilə bilərmi? Əlbəttə ki, kəsilməz. Terrorun kökünü kəsmək üçün bütün dünya ölkələri səfərbər olmalıdır”.

Qaynarxett.az