backend

CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır

CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır

Ceyhun Fərrux oğlu Cəfərovun Kürdəmirə İH başçısı təyin edildikdən sonra Şirvanda ərazisinə görə ən böyük bölgələrdən sayilan bu rayonda sözün həqiqi mənasında bir sıçrayış,tərəqqi hiss olunmağa başladı.Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Rayon icra hakimiyyəti qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail oldu. İndi Kürdəmir şəhəri geniş tikinti-quruculuq meydanına bənzəyir. Yeni infrastruktur layihələri həyata keçirilir, yollar genişləndirilərək asfalt döşənir, hasarlar milli memarlıq üslubunda yenilənir, küçələr, səkilər abadlaşdırılır, geniş tikinti işləri aparılır.
Həmişəki kimi, bu dəfə də rayon mərkəzinə Heydər Əliyev prospektinə dönüb getmək istədik. Amma yol bağlı idi. Soruşmağa ehtiyac qalmadı - prospektdə yenidənqurma işləri gedirdi. Yaxınlaşıb fəhlələrə uğur arzuladıq, sakinlərlə söhbət etdik. Görülən işlərdən razılıqlarını bildirərək söylədilər ki, tezliklə Kürdəmir müasir bir şəhərə çevriləcək. Söhbət zamanı insanların yüksək əhval-ruhiyyəsi, işgüzar ovqatı, qurub-yaratmaq əzmi də diqqətimizi çəkdi.


İCRA BAŞCISIYLA YZ-YZƏ

- Ceyhun müəllim, icra başçısı vəzifəsində işləmək elə də asan deyil. Bu ağır, məsuliyyətli işdir deyilmi ?

- Çətinlik dedikdə, mənim elə bir problemim olmayıb. Müxtəlif məsul vəzifələrdə çalışmışam. Əlbəttə, hər bir rayonun özünəməxsus xüsusiyyətləri var. Kürdəmir rayonu əsasən kənd təsərrüfatı rayonudur. Düzü bəzi çətinliklər də mövcuddur. Çalışırıq ki, ilk növbədə əhalinin problemlərini həll edək, onların qayğıları ilə məşğul olaq.

- Bir az da əvvələ qayıdaq, icra başçısı təyin olunmağınız necə baş verdi? Təyinatı gözləyirdinizmi?

- Kadr təyinatı birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Mən uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmuşam. Bu gün də özümü dövlət başçısı cənab İlham Əliyevin əsgəri hesab edirəm. İcra Hakimiyyətinin başçıları yerlərdə prezidentin nümayəndəsi sayılırlar. Əgər İcra Hakimiyyətinin başçısı prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar. Çünki bizləri prezident vəzifəyə ona görə təyin edib ki, onun etimadını doğruldaq, xalqa xidmət edək, insanların problemləri ilə məşğul olaq.

- Deyirlər vəzifə insanı dəyişir. Bəs Sizi necə, dəyişdimi?

- Düşünmürəm ki, vəzifə məni dəyişdirsin. Mən əvvəldən necə olmuşamsa, indi də eləyəm. Bu gün heç kim deyə bilməz ki, vəzifə ömürlükdür və mən nə istəyirəmsə, edə bilərəm. Dövlət başçısı cənab İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, vəzifə dövlət qulluqçularına, məmurlara imtiyaz üçün deyil, xalqa və dövlətə xidmət üçün verilib. Bu gün mənə etimad göstərilib bu vəzifəyə layiq görülmüşəmsə, deməli üzərimə düşən məsuliyyət də vardır. Sabah mənə desələr ki, siz artıq bu vəzifəni icra etməyəcəksiniz, inanın, bunu normal qarşılayaram. Çünki mən vəzifənin ömürlük olmadığını özümə aşılamışam.

- Kürdəmir sakinləri bu gün daha çox hansı problemlərlə bağlı Sizə müraciət edirlər?

- Rayon İcra Hakimiyyətində vətəndaşların rəsmi qəbul günlərindən əlavə, əhalimiz istədikləri vaxt öz problemləri ilə bağlı bizə müraciət edirlər. Müraciətlərin əksəriyyəti əraziyə köçüb gələn sakinlər tərəfindən olur. Bunlar da əsasən yeni iş yerlərinin yaradılması, həyətyanı torpaq sahəsi verilməsi, suvarma suyu ilə bağlıdır. Bütün müraciətlər imkan daxilində müsbət həll olunur.
Əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşlər, səyyar qəbullar keçirilir, onların təklif və qayğıları həll edilir.
Rayonumuzdan olan Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, əmək veteranlarının yüksək pensiya ayrılması, hər bir müraciətlərinin sözsüz yerinə yetirilməsi bu qayğının təzahürüdür.
İnsanları narahat edən ən böyük məsələ torpaqlarımızın işğaldan nə zaman azad olunmasıdır. Respublikamızda məskunlaşan məcburi köçkünlərin bütün problemlərini həll etməkdən ötrü mütləq torpaqlarımız işğaldan azad olunmalıdır. Bu gün bütün kürdəmrlilər inanırlar ki, Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi istiqamətində yorulmadan apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qətiyyətli mövqe, yeritdiyi müdrik və uzaqgörən siyasət uğurla nəticələnəcək, ata-baba yurdlarımız tezliklə düşmən tapdağından azad ediləcəkdir.

- Sirr deyil ki, ölkədə işsizliklə bağlı problemlər var. Bu məsələ Kürdəmirdə necədir?

- Rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də bir sıra işlər görülür. Sosial məsələlərdən olan işsizliklə bağlı problemlər də ardıcıllıqla öz həllini tapmaqdadır. Həyata keçirilən tədbirlər sayəsində son 10 ildə rayon üzrə 4 mindən artıq, son beş ildə 3 minə yaxın, 2015-cü ildə isə 448 daimi iş yeri, 10 mindən çox müvəqqəti iş yerləri açılmışdır. Bu sahədə müntəzəm tədbirlər həyata keçirilir. Rayonumuzun məcburi köçkünləri dövlət təminatı ilə əhatə olunublar. Rayonumuz başqa regionlar kimi inkişaf və quruculuq meydanını xatırladır. Təkcə 2015-2016-cü illərdə Kürdəmirdə sosial-iqtisadi sahədə xeyli irəliləyişlər olub. Xüsusilə cənab İlham Əliyevin rayonumuza sonuncu səfərindən sonra insanları narahat edən problemlərin aradan qaldırılması və ölkə prezidentinin elan etdiyi inkişaf siyasətindən irəli gələrək başlanan islahatlar rayonun həyatında yeni keyfiyyət dəyişikliklərinə yol açmışdır. Əhalinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Sosial yardıma ehtiyacı olan insanlara qayğı, ünvanlı sosial yardımların ədalətlə müəyyənləşdirilməsi və sahiblərinə çatdırılması işi yüksək səviyyədə həyata keçirilir. Aztəminatlı ailələrin normal yaşamaları üçün sosial müavinətlərin artırılması üçün tədbirlər davamlı olaraq həyata keçirilir.

- Kürdəmir rayonunda tibb və təhsil sahəsində vəziyyət haqda nə demək olar?

- Rayonda ən vacib xidmət sahələri olan təhsil və səhiyyə işinin getdikcə təkmilləşdirilməsi davam etdirilir. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramında bu sahədə olan tədbirlərin demək olar ki, hamısı rayonda ardıcıllıqla öz həllini tapır. Ərazidəki bütün ümumtəhsil müəssisəsinin hamısı, tibb və mədəniyyət müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir. Təhsilin ən müasir texniki vasitələrə keçirilməsini, təhsil sistemində müəyyən kadr dəyişikliyini, bu sahəyə nəzarətin artırılmasını nəzərə alsaq bu il yüzlərlə məzunun müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olunmasını uğur sayacagıq.
Gənc nəsil bizim sabahımızdır, sabahımızın etibarlı əllərdə olması, sağlam, dünyagörüşlü nəslin yetişdirilməsi çox vacib məsələdir.
Rayonda səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. İmtiyazlı xəstələrin dərmanlarla təchizatının yaxşılaşdırılması, tibb xidmətinin səviyyəsini yüksəltmək üçün tədbirlər davamlı olaraq həyata keçirilir.

- Fikir veririsinizsə, son zamanlar mediada və sosial şəbəkələrdə bəzi məmurlar və onların övladları ilə bağlı xoşagəlməz məsələlər qabardılır. Sizin bu məsələlərlə bağlı mövqeyiniz necədir?

- Dövlət məmuru xalqın xidmətçisidir. O çalışmalıdır ki, hər bir işi ilə vətəndaşa nümunə olsun. Məncə bu sualla ən tutarlı cavabı dövlət başçısı cənab İlham Əliyev verib. Əgər prezidentimiz deyirsə xalqın birinci xidmətçisi mənəm, bütün dövlət məmurları da belə işləməlidirlər. Hesab edirəm ki, Prezidentin bu sözləri hər bir məmur üçün əsas prinsip olmalıdır.

- Bəzən mediada sizin haqqınızda da yoxlanılmamış məlumatlar yazırlar.

- Bəli yazırlar, ancaq kimin nə yazması əsas deyil. Əsas olan odur ki, Prezident cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi Kürdəmir rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Rayonun kənd və qəsəbələri sürətlə inkişaf edir, yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır. Bütün bunlar sakinlərin rahatlığı üçün edilir. Hər bir kürdəmirli bu işlərlə fəxr edib qürur hissi keçirir. Bu cür yazıların müəllifləri və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar. Ancaq yalan ayaq tutar, yeriməz deyib atalar.

- Ceyhun müəllim, qarşıdakı müddətdə Kürdəmirdə hansı yeniliklər gözlənilir?

-Artıq 2016-cü ilin qalan hissəsində qarşıda duran təxirəsalınmaz vəzifələr bizim rayonumuzda da geniş müzakirə olunmuş, xüsusilə diqqət regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramında Kürdəmir rayonu üçün nəzərdə tutulmuş layihələrə, bu sahədə görüləcək mühüm işlərə cəlb olunmuşdur. Şübhə yoxdur ki, kürdəmirlilər bölgənin çiçəklənməsinə, dinamik inkişafına səbəb olacaq yeni Dövlət Proqramının müvəffəqiyyətlə icrası üçün dövlətə hərtərəfli dəstək göstərəcək, bu sahədə var qüvvələrini əsirgəməyəcəklər.

...

...Bəli, Kürdəmir sürətlə dəyişir, Uca Yaradanın bəxş etdiyi gözəllikləri insanlar daha da zənginləşdirirlər. Hər kəs bir daha əmin olur ki, gözəl yerdə gözəl yaşamaq insanın ən böyük rahatlığıdır. Elə dövlətimiz də bu gözəlliyi yaratmaq üçün heç bir qayğısını əsirgəmir.

Qaynarxett.az
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır
CEYHUH CƏFƏROV: "...Hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır