backend

DIQQƏT!!! Tarakan, qarışqa, milçək, ağcaqanad... Onları qovmağın ən sadə üsulu

DIQQƏT!!! Tarakan, qarışqa, milçək, ağcaqanad... Onları qovmağın ən sadə üsulu
Evin künc-bucağında gizlənənən həşəratlardan çox zaman yaxa qurtarmaq elə də asan olmur. Əgər evdə bir-iki tarakan və ya qarışqa görmüsünüzsə, əmin olun ki, bu həşəratlar getdikcə çoxalacaq və evin hər tərəfinə yayılacaq.

Qaynarxett.az oxucuları bu həşəratlardan ən ziyansız üsullarla qurtulmağın yolları ilə tanış edir. Bu üsuldan evdə körpə uşağı olanlar da rahatlıqla istifadə edə bilər.

Bunun üçün sizə bir neçə dəfnə yarpağı lazım olacaq. Dəfnə yarpağını evin künclərinə yerləşdirin, bir-iki gündən sonra zəhlətökən həşəratlar sizi bir daha narahat etməyəcək. Məsələ ondadır ki, qarışqa, tarakan, milçək, ağcaqanad, güvə kimi həşəratlar dəfnə yarpağının qoxusuna dözə bilmir və dərhal həmin yerdən uzaqlaşırlar. Həmçinin bankaların arasına da dəfnə yarpaqları yerləşdirməyi məsləhət görük. Beləliklə, siz ərzaq ehtiyatlarında xırda böcəklərin meydana gəlməsinin qarşısını alacaqsınız.