backend

SON ANDA: İranda azərbaycanlılarla polis arasında qanlı toqquşma - 1 ölü, 40 yaralı

SON ANDA: İranda azərbaycanlılarla polis arasında qanlı toqquşma - 1 ölü, 40 yaralı
İranın Çahar Mahal və Bəxiyari vilayətində daha çox azərbaycanlıların yaşadığı Buldacı şəhərində ötən gün yerli sakinlər ilə polis arasında toqquşma olduğu barədə məlumatlar yayılıb.

Musavat.com bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yer alıb.

Yayılan xəbərlərə görə, toqquşmaya səbəb şəhərin suyunun İsfahana daşınması haqda layihənin həyata keçirilməsi olub.

Gunaz.Tv-nin saytının məlumatına görə isə etirazlar layihəyə əsasən şəhərin suyunun “Fulad-i Sefid Dəşt” zavoduna (karxanə) daşınması olub.

Bir qrup yerli əhali layihənin qarşısını almaq üçün Çığaxor gölməçəsinin ətrafına toplaşıblar. Onlar su borularının basdırılmasına mane olmaq istədikləri zaman, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub və məmurlarla əhali arasında qarşıdurma yaşanıb. Qarşıdurmada ən azı 10 nəfər etirazçının yaralandığı, 50-sinin isə saxlanıldığı bildirilir.

Sosial şəbəkələrdə yayılan son məlumatlara görə isə toqquşmada bir nəfər ölüb, yaralı sayı isə 40 nəfərdir.