backend

Yol polisi rəisləri işdən çıxarıldı - Yenilənib

Yol polisi rəisləri işdən çıxarıldı - Yenilənib
Tovuz rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Misir Quliyev vəzifəsindən azad edilməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

M.Quliyev Trend-ə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və o hazırda həmin vəzifədə xidmətini davam etdirir: “Mən də bu barədə məlumat aldım və Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım. Nazirlikdən bildirdilər ki, bu barədə nazirin heç bir əmri yoxdur. Məlumatı kimin yaydığını bilmirəm. Biz xidmətçiyik, cənab nazir təyin edib, məsləhət biləndə vəzifədən azad edə bilər. Amma onu deyə bilərəm ki, hələlik bu barədə mənə heç bir göstəriş verilməyib”.


Bu günlərdə bir neçə rayonun yol polisi rəisi işdən çıxarılıb

Məlumata görə, Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Misir Quliyev vəzifədən azad edilib. Bundan başqa azvision.az Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Dadaş İbrahimovun da vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilməsi barədə xəbər yayıb.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.

Qaynarxett.az