backend

Türkiyə və ABŞ təyyarələri üz-üzə: MÜHARİBƏ TƏHLÜKƏSİ

Türkiyə və ABŞ təyyarələri üz-üzə: MÜHARİBƏ TƏHLÜKƏSİ
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara bölgəsində, həmçinin, Hakkarinin Şemdinli qəsəbəsi ilə sərhəddə olan əraziyə hücuma keçib.

Publika.az xəbər verir ki, döyüş təyyarələri ilə keçirilən əməliyyat Türkiyə saatı ilə saat 11:13-11:50 radələrində baş tutub.

Əməliyyat zamanı PKK terror təşkilatına aid düşərgələr və sığınacaqlar vurulub.

Digər tərəfdən Şemdinli qəsəbəsi ilə sərhəd olan ərazilərdə də əməliyyat keçirilib. Terrorçuların 7 hədəfi məhv edilib. Əməliyyat uğurla keçib.

Türkiyə ordusunun gündüz əməliyyatı dünən gecə saatlarında ABŞ-a məxsus iki döyüş helikopterinin sərhədə yaxın ərazilərdə görünməsi fonunda diqqət çəkir. Suriya-Türkiyə sərhədində neytral zonaya düşən helikopterlər iki saatdan sonra yenidən havaya qalxıb. Onların məqsədinin nə olduğu bilinmir. Lakin ehtimallara görə, ABŞ kəşfiyyatçıları bölgədə yeni əməliyyata hazırlaşırlar. Xüsusilə Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra bölgədə ciddi hərəkətlilik müşahidə olunur.

Bu hərəkətlilik fonunda Türkiyədəki dövlət çevrilişi cəhdinin arxasında ABŞ kəşfiyyatının dayandığına dair iddialar diqqət çəkən məqamlardandır.