backend

ANS-in yerinə yayımlanan telekanaldan biabırçı tərcümə - “İndi o sənin dalını dağıdacaq!” (VİDEO)

ANS-in yerinə yayımlanan telekanaldan biabırçı tərcümə - “İndi o sənin dalını dağıdacaq!” (VİDEO)
ANS TV-nin yerinə gecə saatlarında yayınlanan “Günəş TV”də hər kəsi təəcübləndirən tərcümə efirə verilib

Qaynarxett.Az xəbər verir ki, bu barədə ilkin məlumatı tanınmış media eksperti Ələskər Məmmədli öz Feysbuq səhifəsində paylaşıb:
“Öncəliklə oxucularımdan üzr istəyərək bunu yazıram.

KATV-də ANS TV-nin yerinə qoyulan Günəş TV- də uşaqlar üçün “Mən Yaramazam” cizgi filmi gedir. Obrazlardan birinin digərinə müraciətini Azərbaycan dilinə belə səsləndirirlər “İndi o sənin dalını dağıdacaq!”. MİLLİ(!) Teleradio Şurası ANS-i bağlayıb yerini bu quruma verdi ki, milli və mənəvi dəyərlərə qatqısı olsun. Bu ifadə ilə milli və mənəvi dəyərləri təbliğ edirlər?”

Qaynarxett.Az həmin görüntüləri təqdim edir: