backend

SALYAN

QISA TANISLIQ

Salyan tarixi ənənələri olan bir bölgədir . Və bu ənənələrin yaratdığı zənginlikdən doğan təbii bir hissdir ki, burada insanları təəccübləndirmək, heyrətə salmaq o qədər də asan məsələ deyil. Həm də bütöv bir regionun-Cənub bölgəsinin “Giriş qapısı” sayılması və qonşu İran İslam Respublikasına aparan yolun buradan keçməsi kimi önəmli səbəblər Salyanın necə əhəmiyyətli mövqedə qərarlaşdığını bir daha təsdiqləyir.

Bu amillər eyni zamanda Salyanın həmişə tərəqqi və inikşaf dinamikasında olması məcburiyyətini yaradır. Çünki Salyan, necə deyərlər, göz qabağındadır və oradakı dəyişiklikləri təkcə salyanlılar deyil, eyni zamanda ətraf rayonların əhalisi də izləyə bilirlər...

SICRAYIŞ

Salyanın dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dəfələrlə bu bölgəyə səfər edib. Onun sayəsində bu bölgə, xüsusilə bu rayonda mədəni-maarif obyekti tikilib, rayona içməli su xətləri çəkilib, əhaliyə təbii qaz verilib. Lakin 80-ci illərin sonlarından başlayaraq rayonda geriləmə müşahidə olunub. Xüsusilə 90-cı illərin əvvəllərində zavodların çoxu öz işini dayandırıb. Bütün sahələrdə boşluq yaranıb, təsərrüfatsızlıq hökm sürüb.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu bölgədə də həyat yenidən canlanıb. Ölkənin hər yerində olduğu kimi, Salyanda da torpaq islahatı keçirilib, dövlət əmlakı özəlləşdirilib, kənd təsərrüfatının inkişafında uğurlar əldə olunub.

Salyanlılar dövlətə, dövlətçiliyə sadiq insanlardı. Rayonda son prezident, parlament və bələdiyyə seçkiləri əsl ümumxalq tədbirinə çevrilib. Salyanlılar prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək öz səslərini yekdilliklə gücünə, səriştəsinə güvəndikləri cənab İlham Əliyevə veriblər.

Azərbaycan Prezidenti İlham Əliyev də salyanlıları daim diqqətində saxlayıb, onlara qayğısını əsirgəməyib.

İndı Salyanda sözün həqiqi mənasında həyat qaynayır. Hər tərəfdə işgüzarlıq, yüksək əhval-ruhiyyə duyulur.
Hər dəfə Prezidentin bölgəyə səfəri rayonun sosial-iqtisadi inkişafında yeni dövrün başladığını təcəssüm etdirir. Bu dövr həm də onunla xarakterikdir ki, dövlət başçısının sərəncamı ilə rayona rəhbərlik bacarıqlı və təcrübəli kadr hesabına möhkəmləndirilmişdir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik müəllim bizimlə söhbətində maraqlı fikirlərə toxundu:

- Müdrik siyasət, məharətli idarəetmə bacarığı ölkəmizi dünyaya dinamik inkişaf edən demokratik və hüquqi bir dövlət kimi tanıdır. Prezident İlham Əliyevin misilsiz tarixi xidmətlərinin məntiqi nəticəsidir ki, Azərbaycan çox qısa zamanda regionun lider dövlətinə çevrilmişdir. Respublikamızın iqtisadi qüdrəti sürətlə artır. Bu isə öz növbəsində respublikanın bütün regionlarının sosial-iqtisadi inkişafını təmin edir. Təbii qəbul edilməlidir ki, abadlıq, quruculuq işləri bir rayonda daha sürətlə görülür, dönməz xarakter alan inkişaf ölkəmizin bütün bölgələrini əhatə edir. Qürur doğuran bu yüksəlişin, tərəqqinin böyük təşkilatçısı və istiqamətverəni isə Prezident İlham Əliyevdir. Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına həsr olunmuş müşavirədəki nitqində Prezident İlham Əliyevin kənd təsərrüfatını prioritet sahə elan etməsi Salyanda da fəaliyyətin yeni istiqamətlərini müəyyən edir. Dövlət başçısının dediyi kimi, ölkə əhalisinin yarısı kəndlərdə yaşayır. Bu böyük əmək ehtiyatını hərəkətə gətirsək, kəndlinin maksimum faydalı məşğulluğunu təmin etsək, bunun çox böyük səmərəsi olar. Ölkədə ərzaq təhlükəsizliyinin daxili imkanlar hesabına təmin edilməsinin əsas bünövrəsini də məhz burada axtarmalıyıq. Demək istədiyim fikir odur ki, seçilən yol, müəyyən edilən istiqamət doğrudur. Biz də öz fəaliyyətimizi məhz bu yöndə qururuq. Məqsəd adamların fəallığını artırmaq, torpaqların hər qarışından səmərəli istifadə etməkdir.

İNKİŞAF
Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Salyan rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.



Salyan son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Salyan yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb. Onların sözlərinə görə, indi Salyan rayonu , demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirlər.



Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Salyan rayonunun ərazisində gələcəkdə ekoturizm də inkişaf etdiriləcək. Belə ki, rayonda ekoturizmin inkişaf etdirilməsi üçün Şirvan Milli Parkı, Şır-şır bulağı, İstisu, palçıq vulkanları, Qızılqaz gölü kimi turizim obyektləri var. Salyan ərazisində mövcud olan palçıq vulkanları və termal su mənbələri rayonda müalicəvi turizmin inkişafı üçün də böyük imkanlar yaradır. Bu da Salyanın regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Salyan inamla gələcəyə doğru addımlayır.


Qeyd edək ki, Zakatalada cari ilin birinci yarısında 98 milyon 711 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. Məhsul buraxılışı sənayedə 2 dəfə, tikintidə 7 faiz, kənd təsərrüfatında 4,2 faiz, rabitədə 20,3 faiz artıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 16,8 faiz, pullu xidmətlərin həcmi isə 9,2 faiz çoxalıb. Bu müddət ərzində rayonda 997-si daimi olmaqla, 2299 yeni iş yeri açılıb.

Hesabat məruzəsində qeyd olunub ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıqların icrasına uyğun olaraq ötən müddətdə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilib. Belə ki, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə fermerlərlə geniş maarifləndirmə işləri aparılıb, nəticədə 2016-cı ildə rayonda 601,5 hektar sahədə tütün əkilib. Artıq sahələrdən məhsul yığımına başlanılıb və qısa müddətdə 150 ton yaşıl tütün yarpağı yığılaraq, qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin Zaqatala tütün istehsalı və emalı məntəqəsində kameralara qoyulub.

Bu mövsümdə rayonda 1,5 ton yaş barama istehsalı nəzərdə tutulsa da, kümçülər proqnoz tapşırığına artıqlaması ilə əməl edib, 6 tondan çox barama istehsal edərək “Şəki-İpək” ASC-yə təhvil veriblər. Gələcəkdə istehsalın artırılması məqsədi ilə cari ilin payız mövsümündə rayonda 146 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub.

Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır, yerli iş adamları və sahibkarlara 21 layihə üzrə 162,5 min manat həcmində güzəştli kredit verilib. Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə rayon icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək Sosial Ticarət Mərkəzinin tikintisi üçün layihələndirmə işlərinə başlanılıb. Ərazidə tikiləcək obyektlərdə 600-700 yeni iş yerinin açılması nəzərdə tutulur.

Aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ilin birinci yarısında rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon manat artaraq 40,4 milyon manat təşkil edib. Taxılçılar 9805 hektar sahədən 27 min 948 ton məhsul əldə ediblər. Bu müddət ərzində rayonda 6170 ton kartof, 2293 ton tərəvəz, 720 ton meyvə, 16,5 ton yaşıl çay yarpağı, həmçinin 4205 ton diri çəkidə ət, 18 min tondan çox süd, 9 milyon 326 min ədəd yumurta istehsal olunub.

Qeyd edək ki,rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılır, 61 mindən çox ağac əkilib, 40,5 hektar sahədə mədəni meşə əkini aparılıb.

Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 5 milyon 916 min manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bundan əlavə, rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 21 fərdi evdən 13-nün tikintisi başa çatdırılıb və sakinlərin istifadəsinə verilib, qalan 8 evin tikintisi davam etdirilir.

Rayon ərazisində fəaliyyət göstərən “Qrata”, “Zaqatala”, “Turqut”, “İş” otellərində, “Calğalıq”, “Ləzzət” və digər istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir.

Zaqatalada kənd yaşıl turizm növü daha geniş yayılıb. İstirahət üçün Car, Meşleş, Mazıx, Yuxarı Çardaxlar kəndlərini seçən turistlər fərdi evlərdə qalmağa daha çox üstünlük verirlər. Sadə kənd evlərində yerləşən turistlər, həm də kənd həyatı ilə daha yaxından tanış olmaq imkanı qazanırlar.
...

Belə demək mümkünsə, rayonun rəhbərliyi üzlərini kəndə çeviriblər. Hər iş günü kəndlərə səfərlə başlayır. Kəndlərin sosial problemləri öyrənilir, kəndli sahibkarın üzləşdiyi problemlər araşdırılır, onu aradan qaldırmaq yolları müəyyənləşdirilir. İcra hakimiyyəti tərəfindən son 20 gündə 2 minə yaxın rayon sakini fərdi qəbul edilib, 13 kənddə 4 min nəfərdən çox kənd sakini ilə görüş təşkil olunub. Rayonun əlaqədar idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi kəndlərdə keçirilən səyyar qəbulların, görüşlərin səmərəsi isə kifayət qədər böyükdür. Yerlərdə edilən müraciətlərin, qaldırılan problemlərin çoxu elə yerindəcə operativ həll olunur. Çətinə düşən vətəndaşın daha rayon mərkəzinə, paytaxta üz tutmasına ehtiyac qalmır.

Rayonun rəhbərliyi sahibkarlara qayğı və diqqət göstərilməsinə, onlara əlverişli şərait yaradılmasına böyük önəm verir. Təsadüfi deyil ki, icra başçısı ilk ğünlərdən özəl sektorun fəaliyyətini diqqət mğrkəzində saxlayır, bu sahənin daha da inkişaf etdirilməsi ücün rayonda hər cür imkan və şərait yaradılmasına calısır.


İndi ayrı-ayrı fermerlərin iri təsərrüfatlarda birləşməsi reallaşır. Bu ğün rayonda taxıl, pambıq və digər kənd təsərrüfatı məhsullarının bolluğuna etibarlı bünövrə qoyulmuşdur. Müşahidələr göstərir ki, hektarların məhsuldarlığı əvvəlki illərə nisbətən daha yüksək olacaqdır.

Bəli bu gün Zakatala artıq əvvəlki şöhrətini qaytarmaq əzmindədir. Bütün qüvvələr bu istiqamətə səfərbər edilib. Cünki istiqamət düzgün, niyyət aydın olanda məqsədə çatmaq asan olur.

Qaynarxett.az