backend

PREZİDENTİN BU FƏRMANI MƏMURLARI ŞOKA SALDI

PREZİDENTİN BU FƏRMANI MƏMURLARI ŞOKA SALDIPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2016-cı il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb

Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində “daşınması” sözündən sonra “, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti” sözləri əlavə edilir.

Bu maddədə qeyd edilən xidmətlərdən vergi sıfır (0) dərəcə ilə tutulur. İndiyədək tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti adi qaydada ƏDV-yə cəlb edilirdi. Yeni mətndə göstərilir ki, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV 0 dərəcə ilə hesablanır.

Politika.Az-ın məlumatına görə, prezidentin bu fərmanı məmurların belini qırıb. Ən əsası da vergi məmurları və inhisarçı şəbəkənin maraqları dəfn olunub.

İ.Əliyevin son aylarda verdiyi fərmanlar məhz anti-böhran tədbirləri çərçivəsində həyata keçirilir və islahatlara yönəlik addımlardır.
Sözügedən fərman da məhz vergilər naziri Fazil Məmmədovun əl-qolunu bağlayan qərarlardır. Əldə etdiyimiz məlumatlara görə, prosesin bundan sonra daha geniş miqyası alacağı gözlənilir.

Eyni zamanda gömrükdə qeyri-qanuni fəaliyyət göstərmək istəyənlərin mövqelərinə zidd fərmandır.

Bununla da İ.Əliyev hakimiyyətdəki bəzi odioz və korrupsioner məmurların olan-qalan rüşvət almaq imkanarını da məhdudlaşdırır.

Əslində, referendumdan sonra islahat olacağını prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bildirmişdi. Prezident köməkçisi qeyd etmişdi ki, reformlar həm sosial-iqtisadi, həm siyasi istiqamətdə aparılacaq.

Politika.Az-ın məlumatına görə, postneft dövrünü başlanması iqtidarı məhz qeyri-neft sektorunu inkişaf etdirməyə məcbur edir.

Nəticədə bu sahələrin inkişafı üçün bürokratik əngəllər aradan qaldırılmalıdır. Odur ki, yuxarıdakı fərman məhz prezidentin islahatçı olduğunu və bəzi məmurlara qənim kəsildiyini göstərir.

İlham Əliyevin islahatlar mexanizmi 2011-ci ildən işlək vəziyyətdədir. Üstəgəl, kadr islahatları həm də həmin sahədə idarəetmənin dəyişməsi ilə müşayiət olunurdu. Yəni, prezidentin qərarları özünü doğruldur. Referendumdan sonra olacaq islahatların da ciddi dəyişikliklərlə nəticələnəcəyi şübhəsizdir.