backend

Yenə TƏHSİL RƏZALƏTİ: Direktor maaş kartını verməyənlərə cinayət işi açdırdı

Yenə TƏHSİL RƏZALƏTİ: Direktor maaş kartını verməyənlərə cinayət işi açdırdı













"1992-ci ildən Lənkəran rayonunun Türkəkəran kənd ümumi orta məktəbində təsərrüfat müdiri işləmişəm. 2015-ci ilin sentyabrından Türkəkəran kənd ümumi orta məktəbinə direktor işlərini həyata keçirtmək üçün Əhmədov Zeynəb Əli qızı təyin olundu.
Fəaliyyətinin ilk dövrlərindən başlayaraq mən, həyat yoldaşım məktəbin gözətçisi Həbibova Şəhla Xanağa qızı və digər gözətçi Hüseynov Babək Bəhmən oğlu ilə qərəzli münasibətdə olub.
Tabeliyində olan işçilərlə aqressiv davranışları ilə seçilən Zeynəb Əhmədova məktəbdə "burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə işləməyə başlayıb. Deyilənlərə görə bu məktəb direktoru şəhər təhsil şöbəsinə 10 min manat pul verərək vəzifə başına keçib.
Bu sözləri Lənkəranın Türkəkəran kənd sakini Həbibov Azad Əlimirzə oğlu müraciətində yazıb.
Onun dediyinə görə, məktəb direktorunun hərəkətlərindən hiss olunurdu hansısa qüvvələrə arxalanır: "Çəkinmədən bir neçə dəfə məktəb kollektivi arasında "Mən yuxarıya pul verib vəzifəyə gəlmişəm, mənə heç kim heç nə edə bilməz” ifadələrini səsləndirib.(politika)Bu azmış kimi bu məktəb rəhbərliyi məni öz yanına çağıraraq bildirdi ki, mən təhsil şöbəsinə pul verib vəzifəyə keçdiyim üçün sənin və həyat yoldaşın Şəhla Həbibovanın əmək haqqı kartı məndə qalmalı və mən də həmin kartdan müəyyən məbləğ götürüb verdiyim pulu əvəzləməliyəm.
Lakin onun bu fikri ilə razı olmadım, həmin gündən başlayaraq ailəmizə qarşı münasibət daha da kəskinləşdi. Hər gün fürsət axtarırdı ki, işimizdə nöqsan aşkarlasın və bizi işdən azad etsin.Və bu məqsədlə 2016-ci ilin yanvar ayının 1-4-nə kimi qeyri-iş günlərində məktəbdə oğurluq hadisəsi təşkil edərək mənim, həyat yoldaşım Həbibova Şəhla Xanağa qızı və Hüseynov Babək Bəhmən oğlunun işdən azad olunmasına nail oldu. Oğurluq hadisəsi ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsi tərəfindən 10 yanvar 2016-ci il tarixli cinayət işi açılmış və hazırda araşdırma aparılır”.
A.Həbibov qeyd edib ki, şəhər Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədova şəxsi nüfuzundan istifadə edərək istintaqın gedişinə maneə yaradır: "Dəfələrlə cənab Prezidentimizə, Təhsil naziri Mikayıl Cabbarova, Həmkarlar Təşkilatının sədri Səttar Mehbalıyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət etsək də heç bir nəticəsi olmadı.
Məlumat üçün bildirim ki, o, məktəbə gəldiyi son bir il ərzində müxtəlif bəhanələrlə 8 işçini işdən azad edib və yerində müəyyən məbləğ rüşvət almaqla yeni işçilər götürüb.
Onu da qeyd edirik ki, Təhsil Nazirliyi tərəfindən Ümumtəhsil məktəblərinin direktor vəzifəsinə keçirilən imtahandan Zeynəb Əhmədova keçə bilməmiş və qanunsuz əməllərini bu məktəbdə davat etdirməkdədir.
Adı çəkilən məktəbin direktor vəzifəsinə rayonun Xolmili kənd sakini ali təhsilli, savadlı gənc Şahin Tağıyev imtahandan uğurla keçsə də Şəhər Təhsil şöbəsi müdiri Ş.Əhmədovanın qanunsuz müdaxiləsi ilə həmin məktəbə direktor vəzifəsinə göndərilməsinə süni maneə yaradıldı”.
Şikayətçi əlavə edib: "Türkəkəran kənd ümumi orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Zeynəb Əhmədovanın bizim işdən azad olunmağımıza dair imzaladığı 80 saylı əmrindən "işə bərpa, Əmrin ləğv edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının hesablanması” tələbinə dair Lənkəran rayon Məhkəməsində hər üç şəxs ayrı-ayrılıqda iddia qaldırdıq.
Həyat yoldaşım Həbibova Şəhla Xanağa qızının iddiası təmin olunsa da, bizim iddiamız təmin olunmadı. Həyat yoldaşımın məhkəmə prosesi zamanı məktəb İlk Həmkarlar Təşkilatının sədri, Abbasova Bəsdi Qardaş qızı məhkəmədə ifadə verərək bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndi ilə işdən azad olunmuş Həbibov Azad, Həbibova Şəhla və Hüseynov Babəkin əmək müqaviləsinə xitam verilməsi üçün Həmkarlar təşkilatından razılıq alınmayıb və məhkəməyə subut kimi təqdim olunmuş aktlardakı imza ona məxsus deyil.
Lakin Həmkarlar Təşkilatının sədri və şahidlərin ifadələri Lənkəran rayon Məhkəməsi tərəfindən dəyişdirilmişdir və iddiamız təmin olunmadı. Lənkəran rayon Məhkəməsinin qərarından Apellyasiya şikayəti verdik, iş Şirvan Apellyasiya Məhkəməsinin hakimi Vüsal Cəbrayılovun icraatına verildi.
Lənkəran rayon Məhkəməsinə şahid qismində ifadə verən məktəb Həmkarlar təşkilatı sədri və şahidlər Şirvan Apellyasiya Məhkəməsinin hakimi Vusal Cəbrayılova yazılı olaraq imzalarının saxtalaşdırılması barədə Ərizə ilə müraciət etdilər.
Hakim Vusal Cəbrayılov əmək məzuniyyətində olduğundan işə Hərbi Kollegiyanın hakimi İsmayıl Əhmədov heç bir araşdırma aparmadan, şahidlərin ifadəsini əks etdirən yazılı müraciətlərini, məni dinləmədən, nümayəndəmin həm yazılı həm şifahi məhkəmə çıxışını nəzərə almadan 10 dəqiqə ərzində tələsik qərar çıxartdı. Görünür ki, Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri Ş.Əhmədova Apellyasiya məhkəmsinə də yol tapıbmış”.